Page 241 - Stiven Kinq
P. 241
Ölü zona

başladı, onun dinamiklәrlә güclәndirilәn sәsi gur-gur guruldayırdı.
Bu adam auditoriyanı әlә almağı bacarırdı. Onun sәsi Connini
yerindә qurcuxmağa mәcbur etdi. Bu sәsdә nәsә isterik, hakimanә,
insanı tәbdәn çıxaran bir şey vardı. Natiqin ağzı köpüklәnmişdi.

– Biz Vaşinqtonda nә işlә mәşğul olacağıq? Vaşinqton bizim
nәyimizә gәrәkdir? – Stilson haray-hәşir salmışdı. – Soruşacaqsınız
ki, bizim hansı platformamız var? Bizim platformamız beş
şüardan ibarәtdir. Dostlar, beş savaş şüarından! Hansılardan?
Mәn sizә deyәrәm! Birinci şüar: “BÜTÜN GOPÇULARI BAYIRA
ATMALI!”

Kütlәdәn sevinc nidaları ucaldı. Kimsә havaya ovuc-ovuc
konfet atmağa başladı, kimsә “hip-hip, uraaaaaaa!” – deyә
qışqırdı. Stilson qabağa әyildi:

– Dostlar, bilirsiniz bu kaskanı nә üçün başıma qoymuşam?
Cavab verirәm. Siz mәni Vaşinqtona göndәrәndә, onların hamısını
bu kaskayla әzişdirәcәyәm! Onların üzәrinә bax bu cür gedәcәyәm!

Conninin tәәccübünә rәğmәn, Stilson başını öküz kimi әyib
dәhşәtli savaş sәslәri çıxararaq, taxta meydançanı yırğalamağa
başladı. Rocer Çatsvort kresloya yayxanaraq, az qala gülmәkdәn
qәşş edәcәkdi. Kütlә ağlını itirmiş kimi görünürdü. Stilson
yenidәn boyu uzunu dikәldi, başındakı kaskanı çıxarıb, kütlәnin
içinә tolazladı. O dәqiqә kaskanın әtrafında vurhavur düşdü.

– İkinci şüar! – Stilson mikrofonu ağzına tutub qışqırdı. – Biz
şahdan tutmuş piyadayacan, yataqda cürbәcür qızlarla kef çәkәn
hәr kәsi hökumәtdәn bayıra atacağıq! Onların qanuni arvadları
var. Biz onlara vergi ödәyicilәrinin mәmәsinә daraşmağa imkan
vermәyәcәyik.

– O nә dedi? – Conni gözünü döyәrәk soruşdu.
– Hәlә bu harasıdır? – Rocer dedi. O, gülmәkdәn yaşarmış
gözlәrini silәrәk, yenidәn qәhqәhә çәkmәyә başladı. Conni onun
bu şәn әhvali-ruhiyyәsini bölüşә bilmәdiyi üçün tәәssüflәndi.
– Üçüncü şüar! – Stilson bağırdı. – Biz bütün bu işlәnmiş
qazları kosmosa çıxaracağıq! Onları plastik paketlәrә vә dәri tor-
balara toplayacağıq! Vә Marsa, Yupiterә, Saturnun hәlqәsinә
fırladacağıq! Biz tәmiz hava alacağıq, tәmiz su içәcәyik vә bütün
bunlar YARIM İLDƏN sonra olacaq!

241
   236   237   238   239   240   241   242   243   244   245   246