Page 237 - Stiven Kinq
P. 237
Ölü zona

bağışlayırdı, ancaq bunun arxasında heç vaxt atasına çata
bilmәyәcәyi ilә bağlı qorxu hissi yaşayırdı. Böyük Çatsvort
dağılıb gedәn tikiş fabrikini Yeni İngiltәrәnin toxuculuq imperiyasına
çevirmişdi. Çaka elә gәlirdi ki, ata mәhәbbәti oğlunun haçansa
dağı dağ üstünә aşıracağına, yaxud onun әsl idmançı olacağına
vә ya yaxşı kollecdә oxuyacağına әsaslanır. Oxumaq da ki, öz
yerindә.

– Siz bunun mәhz belә olduğuna әminsinizmi?
– Tamamilә. Amma Çak bizim söhbәtimiz barәdә xәbәr tut-
mazsa, sizә çox minnәtdar olaram. Axı mәn onun sirlәrini açdım.
– Yaxşı, Çak vә Şelli ilә hazırlıq kursları barәdә danışaram.
Hәlәlik isә bunu götürün, – o, şalvarının cibindәn ag rәngli
konvert çıxarıb, onu Conniyә uzatdı.
– Bu nәdir?
– Açın, görәcәksiniz.
Conni konverti açdı. Orada beş yüz dollarlıq çek vardı.
– Bu nә demәkdir? Mәn bunu götürә bilmәrәm...
– Götürә bilәrsiniz... vә götürәcәksiniz. Yaxşı nәticә әldә
olunarsa, sizi mükafatlandıracağımı demişdim. Mәn öz sözümü
tutan adamam. Buradan gedәrkәn daha bir çek alacaqsınız.
– Qulaq asın, mister Çatsvort, axı mәn sadәcә...
– Sss. Sizә bir sözüm var, Conni, – Çatsvort qabağa әyildi.
Onun dodaqlarına güclә sezilәcәk bir gülüş qondu vә Conni
qәfildәn hәr şeyi başa düşdü. Deyәsәn, o, qarşısında oturan
adamın xoş zahiri görünüşünün arxasında nәlәrin gizlәndiyini,
bütün bu dәbdәbәni – evi, malikanәni, fabriklәri qurub-yaratmış
insanın hansı yuvanın quşu olduğunu öyrәnә bilәrdi. Onun
oğlunun ridinqfobiya xәstәliyini dә o cümlәdәn. Görünür, bu
xәstәliyi isterik nevroz kimi sәciyyәlәndirmәk lazım gәlәcәkdi.
– Conni, mәn öz tәcrübәmdәn bilirәm ki, yer üzündә yaşa-
yan insanların doxsan beş faizi inert kütlәdir. Onlardan bir faizini
müqәddәslәr, daha bir faizini isә kütbeyin adamlar tәşkil edir.
Yerdә üç faiz qalır. Bunlar nәyәsә nail olmağa qadir adamlardır.
Nail olurlar da. Mәn dә, siz dә bu üç faiz adamlara aidik. Siz bu
pulları qazanmısınız. Mәnim müәssisәlәrimdә elә adamlar var
ki, bütün günü... qarınlarını qaşıdıqlarına görә ildә on bir min

237
   232   233   234   235   236   237   238   239   240   241   242