Page 233 - Stiven Kinq
P. 233
Ölü zona
evlәri vә toxuculuq fabrikinin sahilboyu tәsbeh dәnәlәri kimi
düzülmüş sivri damlı binaları Conninin xoşuna gәlirdi. Bu sәhәr
o, hansısa siyasәtçi ovuna çıxmamışdı. O, sadәcә, hәlә adamlar
küçәlәrә axışmamış vә fevralın soyuq, sakit cazibәsi çәkilib
getmәmiş, şәhәrdә dolaşmaq, sonra isә Kitteriyә qayıdıb, bir
qәdәr yuxulamaq istәyirdi.
Conni döngәyә buruldu vә ayaqqabı fabrikinin qarşısında,
burada maşın saxlamağa icazә verilmәsә dә, üç adi “Sedan”
dayandığını gördü. Cimmi Karter fabrikin qapısı önündә dayanıb,
növbәyә gedәn fәhlәlәrin әlini sıxırdı. Əyinlәrindә torba kimi
sallanan ağır palto, әllәrindә kiçik zәnbilә vә ya kağız paketә
qoyulmuş sәhәr yemәyi olan fәhlәlәr yarıyuxulu idilәr. Karter
onların hәr biri üçün demәyә söz tapırdı. Onun hәlә milyonlarla
tirajlanmamış gülüşü qayğısız vә şәn idi. Burnu soyuqdan
qızarmışdı.
Conni bir qәdәr dә irәlilәyib, maşını saxladı vә fabrikin
qapısına yaxınlaşdı; qar ayaqları altında xırtıldayırdı. Gizli xidmәt
agenti onu başdan-ayağa süzüb, sanki ona olan marağını itirdi.
– Mәn vergilәri azaltmaq istәyәn istәnilәn adama sәs ver-
mәyә hazıram, – qolunu turşu damcılarının dәlmә-deşik etdiyi
idman gödәkcәsi geymiş kişi dedi, – bu lәnәtә gәlmiş vergilәrin
әlindәn boğaza yığılmışıq.
– Biz bu işlә mәşğul olacağıq – Karter dedi, – mәn Ağ evә
gedәn kimi, birinci işim vergi siyasәtinә yenidәn baxmaq olacaq.
Karterin sәsindәki arxayınçılıq vә özündәnrazılıq çalarları
Connini ehtiyatlanmağa sövq etdi. Karterin son dәrәcә mavi
gözlәri Conninin gözlәrinә sataşdı.
– Salam! – Karter dedi.
– Salam, mister Karter, – Conni dedi, – mәn burada işlәmi-
rәm. Buradan keçib gedirdim, sizi görüb yaxınlaşdım.
– Nә olar, burada bizimlә olmağınızdan mәmnunam. Mәn
prezidentliyә namizәdliyimi irәli sürmüşәm.
– Bilirәm.
Karter әlini uzatdı vә Conni onun әlini sıxdı.
– Ümid edirәm ki, siz... – Karter yenicә sözә başlamışdı ki,
qәfildәn susdu.
233