Page 228 - Stiven Kinq
P. 228
ven Kinq

Mәsәlәn, seçki kampaniyasında iştirak edәn bәzi adamların.
Yüksәk vәzifәyә iddia etmәk – bric oynamaq kimi bir şeydir,
bunu anlayırsınız? Burada sәhvә yol vermәk olmaz. Belә mәqamda
adama çamur atılması yaxşı iş deyil – palçıq yapışan şeydir,
xüsusәn dә indilәrdә. Hәlәlik ciddi heç nә baş vermәyib. Bunu
sizә demәyimә şadam, çünki ciddi bir şey olsaydı, siz indi
mәnimlә dostyana söhbәt etmәk әvәzinә, ağzınızda salamat
qalmış dişlәrinizi sayardınız.

Bütün qorxu-hürkülәrә, ürәyinin sürәtlә döyünmәsinә bax-
mayaraq, Riçardson dedi:

– Bu cavan oğlan... bu şәxs... doğrudanmı, onu tәmizә çı-
xaracağınıza ümid edirsiniz? Axı o, özünü Cәnubun әyalәt
şәhәrindә hansısa ilan yağı satmaqla mәşğul olan alverçi kimi
aparır. Gec-tez...

Baş barmaq onun qulağının içinә sancılıb, burulmağa başladı.
Bu, ağlagәlmәz, cәhәnnәm әzabı verәn ağrı doğururdu. Riçardson
qışqırdı, başı maşının yan şüşәsinә dәydi. Əlhavasına sәs siqnalını
axtarmağa başladı.

– Siqnalı bassan, özünü ölmüş bil, it oğlu it, – namәlum
adam pıçıltıyla dedi.

Riçardsonun әli heysiz yanına düşdü. Namәlum adam әlini
onun qulağından çәkdi.

– Qulağınızı tәmizlәsәniz, pis olmazdı, dostum, – arxa otu-
racaqdan sәs gәldi, – barmağım tamamilә çirkә batdı. Qulaqda
da bu qәdәr çirk olar?

Uorren Riçardson özünü saxlaya bilmәyib, sәssizcә ağlayırdı.
Şişman sifәtiylә üzüaşağı göz yaşları axırdı.

– Xahiş edirәm, mәnә әzab vermәyin, – o yalvarmağa
başladı, – işgәncә vermәyin, xahiş edirәm.

– Yalnız tәkrar edә bilәrәm, – Sanni dedi, – siz nә istәyirsiniz,
maraqlı olan budur. Bәzi... adamlar haqqında kim kimә nә deyir –
sizlik deyil. Sizin işiniz – yalan danışmaqdır, amma hәddinizi
aşmadan. “Cornel”dә işlәyәn oğlan növbәti dәfә yanınıza gәlәndә,
ağzınızı açmazdan öncә әmәllicә fikirlәşin. Düşünün ki, “mәlumatlı
mәnbә”-nin kim olduğunu öyrәnmәk elә dә çәtin iş deyil. Bir dә
evinizin qәflәtәn yanıb kül ola bilәcәyi barәdә düşünün. Yaxud

228
   223   224   225   226   227   228   229   230   231   232   233