Page 223 - Stiven Kinq
P. 223
Ölü zona

– Anan etiraz elәmәz ki?
– Əksinә. O deyir ki, mәn maşını sürәtlә sürәndә ürәyi
yerindәn qopur.
– Necә oldu ki, Qırmızı Qırğı pusqulardan qurtulub Denni
Cuniperi öldürә bildi?
– Şerburn hәbsxana binasının çardağına aparan lüku yadın-
dan çıxarmışdı, – Çak düşünmәdәn cavab verdi vә qәfildәn
Connini sevinc hissi bürüdü, sanki bir qurtum sәrt viskidәn sonra
bәdәninә isti dalğa yayıldı. Alındı. O, Çakı yasәmәn barәsindә
söhbәtә çәkdi vә әvәzindә Çak şadyana “Yanğın” deyә çığırdı.
Çak ona ildırım vurmuş adam kimi baxırdı.
– Qırmızı Qırğı dinlәmә pәncәrәsindәn içәri girdi. Lüku
açdı. Əvvәlcә Denni Cuniperi, sonra da Tom Kenyonu güllәlәdi.
– Tamamilә doğrudur, Çak.
– Xatırladım, – Çak geniş açılmış gözlәrini Conninin üzü-
nә dikәrәk, sevinclә sәslәndi, onun sifәtinә gülüş qonmuşdu, –
amma mәni yaxşı yönәltdiniz ha...
– Mәn, sadәcә olaraq, sәnin әlindәn tutub, yolunda dayanmış
maneәni aşmağa kömәk elәdim, – Conni dedi, – amma hәlә
maneә yox edilmәyib, Çak. Odur ki, qürrәlәnmә. Şerburnun
vurulduğu qız kim idi?
– O... – Onun gözlәri dumanlandı vә karıxaraq başını silkә-
lәdi. Sonra hirslә әlini dizinә vurdu, – yadımda deyil. Heç nә
xatırlamıram! Necә dә yelbeyin adamam!
– Valideynlәrin necә tanış olduqları barәdә sәnә danışıblar?
Bunu xatırlayırsan?
– Necә xatırlamaya bilәrәm? Anam Çarlstonda, prokat
idarәsindә işlәyәrkәn, atama tәkәri boşalmış maşın veribmiş, –
Çak güldü, – o vaxtdan bizi inandırmağa çalışır ki, guya geridә
qalan adam olsa da, atam çox çalışdığı üçün ona әrә gedib.
– Yaxşı, Şerburnun sevdiyi qızın adını deyә bilәrsәn?
– Cenni Lenqhorn. Bu qıza görә başı çox çәkib. Qız әvvәl-
lәr Qreşemlә sevişirmiş. Mәnim Betim kimi sarışın imiş. – Hә,
sizdә yenә alındı!
– Yox, Çak. Sәndә alındı. Mәsәlә adamı yanlış yola
yönәltmәkdәdir. Yaxşı, nәyә görә deyirsәn ki, Şerburnun başı
Cenniyә görә çox çәkib?

223
   218   219   220   221   222   223   224   225   226   227   228