Page 221 - Stiven Kinq
P. 221
Ölü zona

– Sәn bütün suallara cavab verәcәksәn, çünki bu suallar
kitaba aid deyil.

Çak gözlәrini qaldırıb onun üzünә baxdı.
– Kitaba aid deyil? Elә isә, nә soruşacaqsınız? Mәn dә
fikirlәşirdim ki...
– Mәnim xәtrimә, yaxşı?
Conninin ürәyi bәrk-bәrk döyünürdü, ancaq o, buna elә dә
tәәccüblәnmirdi. O, bu dәqiqәyә çoxdan hazırlaşırdı, bununçün
sadәcә әlverişli mәqam axtarırdı. İndi bu fürsәt әlinә düşmüşdü.
Özünün hәdsiz qayğıkeşliyi ilә Çakı hövsәlәdәn çıxaran missis
Çatsvort evdә deyildi. Çakın hovuzda çimişәn dost-aşnası da
gözә dәymirdi – onların yanında ucadan oxumaq oğlan üçün,
dәrsini çatdırmayan birinci sinif şagirdinin әlavә mәşğәlәsinә
bәnzәr bir şey idi. Ən әsası isә Çakın hamıdan çox sevindirmәk
istәdiyi adam – atası da buralardan uzaqdaydı. O, Bostona әtraf
mühitin qorunması üzrә regional komissiyanın su hövzәlәrinin
çirklәnmәsi ilә bağlı keçirdiyi toplantısında iştirak etmәk üçün
getmişdi.
Edvard Stenninin “Tәdrisin çәtinliklәri” kitabından:
“Pasient Rupert C. kinoteatrda üçüncü sırada oturmuşdu.
O, ekrana hamıdan yaxın әylәşmişdi vә buna görә dә döşәmәdәki
zibil qalağının alışdığını tәkcә o gördü. Rupert C. yerindәn dik
atılıb qışqırdı: “Y-y-y-y-y...”; arxadan isә onun üstünә çığırıb,
yerinә oturmasını tәlәb edirdilәr.
– Siz onda nә hiss etdiniz? – Mәn Rupert C.-dәn soruşdum.
– Bunu izah etmәk çәtindir, – o cavab verdi, – mәni dәhşәt
bürümüşdü, tamam başımı itirmişdim. Hiss etdim ki, mәn heç
kimәm – sanki hәlә adam olmamışam. Pәltәkliyimlә bağlı komp-
leksim hәmişә olub, indi isә buna çarәsizlik dә әlavә olunmuşdu.
– Vәssalam?
– Yox, necә deyim, eyni zamanda, tәәssüflәnirdim ki, indicә
alovu başqa birisi dә görәcәk vә...
– Şöhrәt çәlәngini әlinizdәn alacaq?
– Bәli, elәdir. Mәndәn başqa heç kim heç nә görmürdü. Mәn
isә, tәrslikdәn, sınıq val kimi yalnız “y-y-y-y-y...” deyә bilirdim.
Adam deyildim dә, bunun orası-burası yoxdur ki...
– Bәs bu maneәni necә aşa bildiniz?

221
   216   217   218   219   220   221   222   223   224   225   226