Page 216 - Stiven Kinq
P. 216
ven Kinq

oğlan” idi. Onun leksikonunda bundan böyük tәrif yox idi. Əlavә
etmәk lazımdır ki, bu “yaxşı oğlan” günlәrin bir günü әmәlli-
başlı mal-mülk sahibi olacaqdı.

Hazırda isә o, mәhkumanә bir tәrzdә kitabın üzәrinә әyilib
vә tәk-tәnha pusquda oturmuş snayper kimi bir-birinin ardınca
sözlәrlә atәş açırdı. O, Con Şerburn vә Qırmızı Qırğı – komançi
qәbilәsindәn olan bu quldur arasında baş verәn ixtilaflar haqqında
Maks Brendin qәlәmә aldığı maraqlı vә qıvraq hekayәti
yarımkeçiricilәrin vә ya radiodetalların reklamına bәnzәr roman-
tikaya çevirirdi.

Amma, hәr halda, Çak kütbeyin deyildi. Riyaziyyatdan
yaxşı qiymәtlәr alırdı, onun gözәl yaddaşı, bacarıqlı әllәri vardı.
Di gәl ki, çap mәhsullarını çәtinliklә qavrayırdı. O, fikrini sәrbәst
çatdıra bilirdi, fonetikanın nәzәriyyәsini dә bilirdi, praktikada
isә... Bәzәn cümlәlәri sәlis, heç bir sәhv buraxmadan ifadә etsә
dә, oxuduğu şeylәri danışmasını xahiş etdikdә, mat-mәәttәl
qalırdı. Böyük Çatsvort, oğlunun disleksik olmasından qorxurdu,
ancaq Conninin fikri başqaydı; öz uşaqlarının bu cür oxu tәrzini
izah etmәk vә ya onları tәmizә çıxarmaq üçün bir çox valideynlәrin
bu sözdәn yapışmalarına baxmayaraq, Conni hәlә disleksiyadan1
әziyyәt çәkәn uşağa rast gәlmәmişdi. Belә görünürdü ki, Çak adi
vә geniş yayılmış ridinqfobiya2 xәstәliyinin bir növünün daşıyıcısı
idi.

Bu qәnaәtә gәlmәk üçün müәllimlәrә beş il lazım olmuşdu,
valideynlәr isә – elә Çakın özü dә – yalnız onun idman karyerası
tәhlükә altına düşәndә әl-ayağa düşmüşdülәr. Hәlә әn dәhşәtlisi
bu deyildi. 77-ci ilin payızından kollecә gedә bilmәsi üçün Çak
qışda test imtahanlarından keçmәli idi. Riyaziyyatla bağlı problem
yox idi, sonrasına gәlincә... әgәr bütün sualları ona ucadan
oxumuş olsaydılar, onda, әlbәttә, Çak orta bal, hәtta yaxşı ümumi
bal toplamağa ümid edә bilәrdi. Amma axı imtahanlara özünlә
qiraәtçi gәtirә bilmәzsәn, atan Nyu-Hempşirin işgüzar dairәlәrindә
sayılıb-seçilәn adam olsa belә!

– “Mәn baş... başqa bir adam gördüm. O, başına nә gәlәcәyini

1disleksiya – instinktin pozulması
2ridinqfobiya – qiraәt qorxusu

216
   211   212   213   214   215   216   217   218   219   220   221