Page 219 - Stiven Kinq
P. 219
Ölü zona
daxildir. Oxuduqları barәdә suallara cavab vermәlidir. Vә Cekson
metodu üzrә dincәlmәlidir.
– Anadangәlmә liderlәr bәzәn digәrlәrindәn çox әziyyәt
çәkmәli olur, – Conni dedi, – onlar işә çılğıncasına girişir vә
nәticәdә beyinlәrini zorlayırlar. Beyinlәrindә, belә demәk olarsa,
pәltәklik yaranır...
– Cekson da belә hesab edir? – Çatsvort onun sözünü kәsdi.
– Yox, mәn belә hesab edirәm, – Conni gülümsündü.
– Aydındır. Davam edin.
– Əgәr şagird mәtni oxuduqdan sonra heç nә barәdә düşün-
mәyәcәksә vә әgәr tәxirә salmadan onu oxuduğu mәtni danışmağa
mәcbur etmәsәn, yaddaş kanalları öz-özünә tәmizlәnә bilәr. Onda
o, harada dalana dirәndiyini başa düşәr...
Çatsvortun gözlәri parıldadı. Conni onun ürәyindәn xәbәr
vermişdi, bәlkә dә, hәyatda özünә müstәqil yol açmış bütün
insanların fәlsәfәsi belәydi.
– Uğur qәdәr insanı ruhlandıran heç nә yoxdur, elәmi?
– Yәqin ki, elәdir.
– Dәrs vermәyә icazә almaq üçün sizә nә qәdәr vaxt
lazımdır?
– Ərizәmin qeydiyyata alınıb, mәnә cavab verilmәsi üçün
nә qәdәr vaxt lazımdırsa, o qәdәr. Yәqin, iki hәftә.
– Demәli, siz ayın iyirmisindәn işә başlaya bilәrsiniz?
Conni karıxaraq gözlәrini döydü.
– Demәk istәyirsiniz ki, mәni işә götürürsünüz?
– İş könlünüzә yatırsa, hesab edin ki, götürdüm. Qonaq
evindә qala bilәrsiniz. Yay aylarında qohum-әqrabanı, elәcә dә
Çakın dost-tanışını buradan uzaqlaşdırarıq – qoy oğlanın başı
başqa şeylәrә qarışmasın. Sizә ayda altı yüz dollar verәcәyәm –
elә dә böyük mәblәğ deyil, amma işlәr yoluna düşsә, yaxşıca
mükafatlandırılacaqsınız. Əmәlli-başlı, – Çatsvort gözlüyünü
çıxarıb silmәyә başladı, – mәn öz oğlumu sevirәm, mister Smit.
Onunçün hәr şeyә hazıram. Mümkünsә, bizә kömәk edin.
– Çalışaram.
Çatsvort gözlüyünü taxıb Conninin mәktubunu götürdü.
– Çoxdandır ki, dәrs keçmirsiniz. Bu işdәn xoşunuz gәlmir?
Başlandı dә, – Conni düşündü.
219