Page 218 - Stiven Kinq
P. 218
ven Kinq

Conni göstәrilәn ünvana mәktub yazdı. Mәktubda qısaca olaraq
özü haqda mәlumat verdi vә “Oxu vәrdişlәrinin aşılanması”
kursunu keçdiyini ayrıca qeyd etdi.

Aprelin son günlәrindә, onun yemәkxanada işlәmәsinin iki
ayının tamamında Rocer Çatsvorddan mәktub gәldi, o, söhbәt
aparmaq üçün Connini öz yanına dәvәt edirdi. Conni işdәn icazә
aldı, müәyyәn olunmuş vaxtda Çatsvordun otağına gәldi vә
әlindә tәrlәmiş pepsi-kola şüşәsi, kabinetdә oturaraq Rocerin
oğlunun oxumağa çәtinlik çәkmәsi barәdә hekayәtini dinlәmәyә
başladı.

– Sizcә, bu, disleksiyadır? – Rocer soruşdu.
– Yox. Bunun adi ridinqfobiya olduğunu düşünürәm.
Çatsvort diksindi.
– Cekson sindromu?
Conni heyrәtlәndi. Əlbәttә! Doqquz il әvvәl Maykl Keri
Cekson, Cәnubi Kaliforniya Universitetinin qrammatika vә oxu
metodikası üzrә mütәxәssisi, geniş әks-sәda doğurmuş “Korazehin
oxucu” kitabını nәşr etdirmişdi. Bu kitabda oxu zamanı meydana
çıxan, sonralar “Cekson sindromu” adlandırılmış bir sıra
problemlәrdәn bәhs olunurdu. Kitab elmi frazeologiya cәngәl-
liklәrinin içinә düşmüş adamlar üçün yaxşı vәsait idi. Çatsvort
ağına-bozuna baxmırdı vә Conni, nәyin bahasına olursa-olsun,
öz oğlunu vәziyyәtdәn çıxarmaq istәyәn bu adamın iradәli xarak-
terini o saat qiymәtlәndirdi.
– Buna bәnzәr bir şeydir, – Conni razılaşdı, – amma nәzәrә
alın ki, mәn hәlә sizin oğlunuzu görmәmişәm vә onun necә
oxuduğunu bilmirәm.
– O, hәlә keçәn ilin kәsirlәrini lәğv etmәlidir. Amerika
әdәbiyyatı, tarix, hәlә üstәlik, vәtәndaşlıq hüququ fәnlәrindәn.
Bu cızma-qaranı oxuya bilmәdiyi üçün imtahanlardan kәsilib.
Sizin Nyu-Hempşirdә dәrs vermәk hüququnuz varmı?
– Yox, – Conni dedi, – ancaq bu, problem deyil.
– Yaxşı, mәnim oğlumla neylәyәcәksiniz?
Conni neylәyәcәyini qısaca olaraq izah etdi. Çak mümkün
qәdәr çox, hәm dә tәxәyyülü oyadan kitabları ucadan oxumalıdır:
bura fantastika, gәnclәr üçün nәzәrdә tutulmuş macәra romanları

218
   213   214   215   216   217   218   219   220   221   222   223