Page 222 - Stiven Kinq
P. 222
ven Kinq

– Ondan bir gün әvvәl anamın doğum günü idi. Gülsatandan
onun üçün yasәmәn gülü almışdım. Odur ki, әtrafdakılar mәni
“sss...” deyә sakitlәşdirmәk istәrkәn, qәrara aldım ki, ağzımı
açıb, var gücümlә çığırım: YASƏMƏN! Bu söz artıq dilimdәn
qopmaq üzrә idi.

– Bәs nә oldu?
– Mәn ağzımı geniş açıb, var gücümlә qışqırdım: YANĞIN!”
Sәkkiz il bundan әvvәl Stenninin kitabına yazılmış ön
sözündәn oxuduğu bu hadisә Conninin yaddaşına hәkk olunmuşdu.
O, Rupert C.-nın hekayәtindәki әsas açar sözün “çarәsizlik”
olduğunu düşünürdü. Əgәr konkret mәqamda qadınla yaxınlıq
sәnin üçün dünyada hәr şeydәn vacibdirsә, onda heç nә alınmayacağı
riski birә-on, hәtta birә-yüz artmış olur. Bәs әgәr oxumaq bu
qәdәr vacibdirsә...
– Çak, sәnin ikinci adın nәdir? – O, guya etinasızlıqla
soruşdu.
– Merfi, – Çak gülümsünәrәk dedi, – dәhşәtdir, deyilmi?
Anamın qızlıq soyadıdır. Bu barәdә Cekә vә Elә heç nә demәyin,
yoxsa sizin arıq-quru bәdәniniz ziyan çәkәr.
– Narahat olma. Ad günün haçandır?
– Sentyabrın sәkkizindә.
Conni ona fikirlәşmәyә macal vermәdәn, bir-birinin ardınca
suallar yağdırmağa başladı, – әslindә bu, üzәrindә baş sındırılası
suallar da deyildi.
– Sevdiyin qızın adı nәdir?
– Bet. Siz onu tanıyırsınız axı...
– Bәs onun ikinci adı?
– Alma. Dәhşәtdir, hә? – Çak “hm” elәdi.
– Ata babanın adı nәdir?
– Riçard.
– Amerika Beysbol Liqasının şәrq divizionunda bu il әn
xoşuna gәlәn komanda hansıdır?
– “Yankilәr”. Xüsusәn dә onlar birinci fazaya keçәn vaxt-
larda.
– Kimin prezident olmasını istәrdin?
– Cerri Braun qalib gәlsәydi, yaxşı olardı.
– Öz “korvet”ini satacaqsan?
– Bu il yox. Bәlkә, gәlәn il satdım.

222
   217   218   219   220   221   222   223   224   225   226   227