Page 227 - Stiven Kinq
P. 227
Ölü zona
Kәlbәtin yenә dә boynundan yapışdı vә Riçardson ağrıdan
qışqırdı.
– Ad çәkmәyin. – Arxasındakı qorxunc adam hәmin hәlim
sәslә dedi, – özünüz üçün nәticәlәr çıxara bilәrsiniz, amma ad
çәkmәdәn. Mәnim baş barmağım bu dәqiqә sizin yuxu arteriyanıza
dirәnib, digәr barmaqlarım isә boyun venasının üzәrindәdir, belә
ki, istәsәm, sizi canlı meyitә çevirә bilәrәm.
– Nә istәyirsiniz? – Riçardson az qala inildәyirdi. Bütün
bunların günün günortaçağı maşın dayanacağında, onun daşınmaz
әmlak işlәriylә mәşğul olan idarәsinin iki addımlığında, Nyu-
Hempşir ştatının әsas şәhәrindә baş verdiyinә inanmaq olmurdu.
Saat beşә on dәqiqә qaldığını göstәrirdi. İndicә Norma, üstünә
yaxşıca әdviyyat sәpilmiş donuz әtini duxovkaya qoyacaq. Bu
dәqiqәlәrdә Şon televizorda “Sezam-strit”ә baxır. Burada isә,
onun arxasında, hәdә-qorxu vә tәhdidlәr yağdıran birisi oturub.
Bu, nәsә qorxulu yuxuya bәnzәyir. Elә bir yuxu ki, adamı yataqda
ora-bura vurnuxmağa mәcbur edir.
– Mәn heç nә istәmirәm, – Sanni Elliman dedi, – bilmәk
maraqlıdır ki, siz nә istәyirsiniz?
– Nә haqda danışdığınızı başa düşmürәm. – Amma belә
demәsinә baxmayaraq, deyәsәn, söhbәtin nәdәn getdiyini anlayırdı.
– Daşınmaz әmlakla bağlı şübhәli әmәliyyatlar haqqında
“Nyu-Hempşir cornel”dәki bu mәqalә, – Sanni dedi, – mister
Riçardson, siz, deyәsәn, lazım olandan çox şey bilirsiniz, hә?
Xüsusәn dә... bәzi adamlar barәdә.
– Axı mәn...
– Mәsәlәn, şәhәr parkı haqqında çәrәnlәmәlәri götürәk.
Burada qanunsuz gәlirlәrә, rüşvәtә, gizli sövdәlәşmәlәrә eyham
vurulur. Hamısı cәfәngiyyatdır. – Barmaqlar yenidәn onun
boğazında kilidlәndi vә Riçardson bu dәfә dә inildәdi. Amma axı
mәqalәdә onun adı çәkilmirdi, o, sadәcә olaraq, “mәlumatlı
mәnbә” rolunda çıxış edirdi. Onlar bunu necә öyrәniblәr? Qreq
Stilson necә bilib?
Namәlum adam öz isti nәfәsiylә onun qulağının dibini
qıcıqlandıraraq, tez-tez danışmağa başladı:
– Mister Riçardson, başa düşürsünüzmü ki, bu cür cәfәng
şeylәr söylәmәklә bәzi adamların kefinә soğan doğrayırsınız?
227