Page 226 - Stiven Kinq
P. 226
ven Kinq

Çatsvortun gözlәrinә oxşayan qeyri-adi yaşıl gözlәri vardı. Uorren
Riçardson yalnız bir dәfә, uzaq uşaqlıq illәrindә bu cür qorxu
hissi keçirmişdi.

– Xoş gördük, – Sanni Elliman oturacağın üstündәn qabağa
әyilәrәk dedi.

– Kimsәn?.. – Riçardson güc-bәla yalnız bunu deyә bildi.
Ürәyi bәrk döyündü, gözlәri önündә tutqun lәkәlәr oynaşmağa
başladı. O, hәtta ürәktutmasından qorxdu.

– Sakit olun, dostum, – arxa oturacaqda gizlәnmiş adam
dedi, – sakit. İşıqları yandırın.

Riçardsonun içindә qәribә minnәtdarlıq hissi baş qaldırdı.
Onu dәhşәtә gәtirmiş adam daha onu qorxutmayacaq. Yәqin, bu,
çox yaxşı adamdır ...

– Kimsiniz? – O, zәif sәslә soruşdu.
– Sizin dostunuz, – Sanni dedi.
Riçardson arxaya çevrilmәk istәdi, amma o dәqiqә onun
kәlbәtin kimi sәrt barmaqlarını öz sifәtindә hiss etdi. Riçardsonun
nәfәsi tutuldu vә o, tәlaş içindә inildәdi.
– Arxaya dönmәyin, dostum. Maşınınızda arxanı göstәrәn
güzgü var. Anladınız?
– Hә, – Riçardsonun nәfәsi darıxdı, – hә, hә, buraxın!
Barmaqlar sifәtindәn çәkildi vә o, yenә dә qәribә minnәtdarlıq
hissi duydu. Amma doğrudur, artıq o, bu adamın düşmәn niyyәtinin
olduğuna şübhә etmirdi, elәcә dә bu namәlum adamın onun
maşınına tәsadüfәn oturmadığına şübhәsi yox idi. O, bunun kimә
vә nә üçün lazım olduğunu heç cür kәsdirә bilmirdi...
Qәfildәn bunun kimә lazım olduğunu, daha doğrusu, lazım
ola bilәcәyini anlamağa başladı; әlbәttә, normal namizәddәn bu
cür hәrәkәt gözlәmәk olmazdı, amma Qreq Stilson normal
namizәd deyildi. Qreq Stilson dәlidir, odur ki... Uorren Riçardson
sakitcә içini çәkdi.
– Sizinlә danışmalıyam, dostum, – Sanni dedi. Onun sәsindә
bir qәdәr rәhmdillik vә tәәssüf notları vardı, ancaq gözlәrindә
rişxәnd vә istehza qığılcımları oynaşırdı. – Dayday sizә bir-iki
xoş söz demәk istәyir.
– Bu, Stilsonla bağlıdır? Bu...

226
   221   222   223   224   225   226   227   228   229   230   231