Page 230 - Stiven Kinq
P. 230
ven Kinq

yerlәşirdi) başına gәlәnlәr, arvadı vә oğluyla tәhdid edilmәsi,
fiziki tәzyiqә mәruz qalması vә bütün bu mәsәlәlәrin kökündә
dayanan adam haqqında polisә mәlumat vermәk istәdi.

...plastik әmәliyyata bir әtәk pul xәrclәmәk... oğlunun
qabağını kәsmәk...

Nәyә görә? Hansı sәbәbә? O, bu yaramazın sifәtinә әsl
hәqiqәti söylәdi. Nyu-Hempşirdә daşınmaz әmlak bazarı ilә bağlı
olan hәr kәs Stilsonun necә tәhlükәli bir işә girişdiyini bilirdi.
Gec-tez o, iflasa uğrayacaqdı vә dәmir barmaqlıqlar arasına
düşәcәkdi. Hәm dә bu, gözlәnildiyindәn dә tez baş verәcәkdi.
Onun apardığı seçki kampaniyası ağılsızlığın son hәddiydi. İndi
dә hәdә-qorxuya, tәhdidlәrә әl atıb! Amerikada, Yeni İngiltәrәdә
belә şeylәr keçmәz.

Ancaq bütün bunları qoy bir başqası ucadan bәyan etsin.
İtirmәyә heç şeyi olmayan birisi.
Uorren Riçardson evә getdi, orada onu döyülmüş donuz
әtindәn kotlet gözlәyirdi. Evdә başına gәlәnlәr barәdә heç nә
danışmadı. Yәqin ki, haçansa bütün bunlara bir başqası son
qoyacaq.
Bir dәfә axşamüstü, Çakın әlamәtdar uğurundan sonra,
Conni Smit qonaq evinin vanna otağında üzünü qırxırdı. Son
günlәrdә, güzgünün qarşısında dayanarkәn o, hәr dәfә qәribә
hisslәr keçirmәli olurdu – sanki güzgüdә özünü deyil, öz böyük
qardaşını görürdü. Alnında iki dәrin qırış әmәlә gәlmişdi.
Dodaqlarının hәr iki tәrәfinә dә qırış düşmüşdü. Birdәn-birә
saçları da ağarmışdı. Ona elә gәlirdi ki, saçları bir gecәnin içindә
ağarıb.
O, elektroülgücü şәbәkәdәn ayırdı vә eyni zamanda yemәk
otağı kimi istifadә etdiyi mәtbәxә keçdi. “Əcәb dәbdәbәli hәyatdır”
– Conni düşündü vә güclә sezilәcәk tәrzdә gülümsündü; deyәsәn,
yavaş-yavaş özünә gәlirdi. Televizoru yandırdı, soyuducudan
“Pepsi” şüşәsini götürüb, kresloya әylәşdi vә xәbәrlәr proqramını
izlәmәyә başladı. Rocer Çatsvort evә gec gәlәcәkdi, sabah sәhәr
isә Conni ona oğlunun ilk ciddi uğuru barәdә mәlumat verәcәkdi.
Conni iki hәftәdәn bir atasını ziyarәt edirdi. Onun yeni işi
atasının ürәyincә idi, o, Çatsvortlar, onların Daremdәki evi, rahat
universitet şәhәrciyi, Çakın işlәri haqqında Conninin söhbәtlәrini

230
   225   226   227   228   229   230   231   232   233   234   235