Page 235 - Stiven Kinq
P. 235
Ölü zona

– Sağ olun.
Tezliklә Karter Nyu-Hempşir kampaniyasını tamamlayıb
Floridaya yollandı.
Uolter Kronkayt Amerika siyasilәrindәn danışdıqdan sonra
Livandakı vәtәndaş müharibәsi mövzusuna keçdi. Conni ayağa
qalxdı, özünә pepsi tökdü vә stәkanı qaldırıb, televizorun ekranıyla
toqquşdurdu: sәnin sağlığına, Uolt. Üç “T”-nin: tәnәzzül, tale,
tragediya – şәrәfinә. Onlarsız biz neylәyәrdik?
Qapını sәssizcә döydülәr.
– Girin, – Conni sәslәndi, o, Çakın gәlişini gözlәyirdi.
Düşündü ki, yәqin, Çak onu Somersuetә gәzmәyә çağıracaq.
Ancaq bu, Çak deyildi. Çakın atası idi.
– Xoş gördük, Conni, – Çatsvort dedi. O, geydiyi idman
köynәyini sürtülmüş cins şalvarının üstünә salmışdı. – Olar?
– Əlbәttә. Elә bilirdim gec gәlәcәksiniz.
– Bilirsiniz, Şelli zәng vurmuşdu, – Şelli onun arvadının adı
idi. – Rocer içәriyә adlayıb, qapını arxasınca örtdü. – Çak onun
yanına gәlibmiş. Sevincindәn uşaq kimi ağlayırmış. O deyir ki,
sizin tәtbiq etdiyiniz sistem artıq öz bәhrәsini vermәyә başlayıb
vә bundan sonra hәr şey yaxşı olacaq.
Conni әlindәki stәkanı stolun üstünә qoydu.
– Biz hәlә çox çalışmalıyıq, – o dedi.
– Çak mәni aeroportda qarşıladı; onu belә әhvali-ruhiyyәdә...
heç bilmirәm haçan görmüşdüm. On il, on bir il bundan qabaq.
Onda mәn ona beş il sәrasәr arzuladığı 5,6 kalibrli tapança
bağışlamışdım... O, elә aeroportdaca mәnә qәzetdәn bir mәqalә
oxudu. Qeyri-adi irәlilәyişdir. Mәn sizә tәşәkkür etmәyә gәlmişәm.
– Çaka tәşәkkür edin, – Conni dedi, – o, dәrrakәli oğlandır.
Onun uğuru, daha çox özünütәlqinlә izah olunur. O, bunu etmәyә
qadir olduğuna inandıqdan sonra ürәklәnib öz üzәrindә sәylә
çalışmağa başlayıb.
Rocer kresloya oturdu.
– O deyir ki, siz ona öz fikrini başqa istiqamәtә yönәltmәyi
öyrәdirsiniz.
– Hә, o, düz deyir.
– O, testlәrdәn keçә bilәcәk?
– Bunu demәk çәtindir. O, olan-qalan nәyi varsa, bu oyuna
qoyub uduzsa, heç dә yaxşı olmayacaq. İmtahan hәmişә stress

235
   230   231   232   233   234   235   236   237   238   239   240