Page 211 - Stiven Kinq
P. 211
Ölü zona
29 dekabr, 1975-ci il.
Əziz Conni, mәktәbdә, administrativ vәzifәdә işlәdiyim on
altı il müddәtindә heç vaxt mәktub yazarkәn bu qәdәr çәtinlik
çәkmәmiş vә bunca sarsıntı keçirmәmişәm. Tәkcә ona görә yox
ki, siz yaxşı dostsunuz, hәm dә ona görә ki, çox gözәl müәllimsiniz.
Doğrudur, bununla yara sağalmır, elә isә buna cәhd elәmәyә nә
ehtiyac var?
Dünәn axşam mәktәb şurasının iclası keçirildi (iki şura
üzvünün әrizәsi әsasında, onların adlarını çәkmәyәcәyәm, – onlar
hәlә siz işlәyәrkәn şuraya daxil idilәr, odur ki, onların kim
olduğunu özünüz tәxmin edә bilәrsiniz) vә iki sәsә qarşı beş
sәslә sizin kontraktınızın lәğv olunması haqqında qәrar qәbul
edildi. Əsas: müәllim olmaq üçün siz çox ziddiyyәtli fiqursunuz.
Bütün bunlar çox iyrәncdir, hәtta mәn özüm dә istefa vermәk
fikrinә düşmüşdüm. Morin vә uşaqlar olmasaydı, hәr şey mәhz
bununla qurtaracaqdı. Belә dә şәrәfsizlik olar? Bu, “Dovşan,
qaç” vә “Uçurumun üstündәki çovdarlıqda” romanlarının yasaq
olunmasından da betәr rәzalәtdir. Mәn onlara belә dә dedim,
amma sanki esperantoda, ya da tarabar dilindә danışırdım. Sizin
şәklinizin “Nyusuik” vә “Nyu-York tayms” qәzetlәrindә dәrc
edilmәsi, elәcә dә Kasl-Rok hadisәsinin televiziyada işıqlandırılması
onları rәncidә edib. Çox ziddiyyәtli fiqurmuşsunuz! Qәdim
әyyamlardan qalmış bu beş qoca o kәslәrdәndir ki, bunları
şagirdlәrin saçının uzunlugu onların biliyinin olub-olmamasından
daha çox narahat edir. Belәlәri, adәtәn müәllimlәrdәn hansının
narkotik çәkmәsi ilә maraqlanırlar, amma dәrs otaqlarına müasir
avadanlığın alınması üçün heç saqqal da tәrpәtmәzlәr.
Mәn Böyük şuraya kәskin etiraz mәktubu yazdım, İrvinq
Faynqoldu bir az sıxsaq, mәktubu onun da imzalaması istisna
deyil. Ancaq yalan danışmaq istәmәzdim: bu qocaları dediklәrindәn
döndәrmәk üçün heç bir şans yoxdur.
Sizә mәslәhәtim budur, Conni, özünüzә vәkil tutun. Kontrakt
ciddi sәnәddir vә siz, Klivs-Milsdә dәrs otağının kandarından
içәri girib-girmәmәnizdәn asılı olmayaraq, öz mәvacibinizi son
211