Page 207 - Stiven Kinq
P. 207
Ölü zona
İçәridәn cavab gәlmәdi. Bannerman ayağıyla qapının
dәstәkdәn bir az aşağısına bәrk zәrbә endirdi. Sınan qapının
şaqqıltısı eşidildi vә bu sәs Conninin başının içindә, dәmir boşqab
kafel döşәmә üzәrinә düşәrkәn çıxardığı sәsә bәnzәr, cingiltili
әks-sәda verdi.
– Aman allah, – Bannerman ah çәkәrәk aşağı oturdu.
Conni onun çiyinlәri üstündәn hәr şeyi görürdü vә bu
gördüklәri hәr şeyi öz-özünә aydınlaşdırırdı.
Frenk Dodd unitazın qapağı üstündә oturmuşdu. O, çiyninә
atdığı sukeçirmәyәn plaşı hesaba almasaq, tamamilә çılpaq idi;
suaxıdan çәllәyin üzәrinә sәrilmiş kapyuşon (“Cәllad kapyuşonu” –
Conni düşündü) çürümәkdә olan böyük ilan qabığına oxşayırdı.
Frenk Dodd öz boğazını kәsmişdi vә bu, Conniyә çox qәribә
gәlirdi. Çanağın yanında “Uilkinson” ülgücü düşüb qalmışdı.
Üzәrindә donmuş al-qırmızı qan lәkәsi olan ülgüc onun ayaqları
atlında vahimәli şәkildә parıldayırdı. Kәsilmiş yuxu arteriyasından
axan qan hәr tәrәfә sıçramışdı. Plaşın büküklәrinә dә qan
dolmuşdu. Tavan da, plaş materialından tikilmiş pәrdә dә qana
bulaşmışdı.
Frenk Doddun boynundan dodaq boyasıyla yazılmış lövhә
asılmışdı: MƏN ETİRAF EDİRƏM!
Başı bәrk ağrıyırdı, Conni әlhavasına qapının dәstәyini
tapmağa çalışırdı.
“O, başa düşmüşdü, – beynindәn keçdi, – mәni görüncә nә
tәhәrsә hәr şeyi anlayıb. Bilib ki, axırı çatıb. Evә gәlib. Bu da
axırı”.
Gözlәri önündә qorxunc, qara lәkәlәr peyda oldu.
Conni, Tanrı sәni nadir istedadla mükafatlandırıb.
(MƏN ETİRAF EDİRƏM!)
– Conni!
Sәs haradansa, uzaqdan gәlirdi.
– Conni...
Hәr şey çökür. Dünya-alәm gözlәrindә qaralır. Qoy olsun,
lap yaxşı. O vaxtlar komadan çıxmasaydı, lap әla olardı. Hamıya
yaxşı olardı. Bәxti gәtirmәk bunamı deyirlәr?
– Conni...
207