Page 210 - Stiven Kinq
P. 210
ven Kinq
“Nyusuik”dәki mәqalәni mәn dә oxudum. Onlar hәmin
mәtbuat konfransında çәkilmiş fotonu dәrc ediblәr, ancaq şәkli
kәsib-doğrayıb, bәrbad hala salıblar. Sәn bu cür tiplә qaranlıq
xiyabanda üz-üzә gәlsәn, özünü necә hiss edәrdin? Ha-ha! İlahi
(rәfiqәn Anna Strafford belә demәyi çox xoşlayır)... ağızlarına
gәlәni yazıblar. Yenә dә mәnim ünvanıma banderollar, açıqçalar
vә mәktublar gәlmәyә başlayıb. Üzәrindәki ünvan tanış deyilsә,
mәn artıq onları heç açmıram da, sadәcә konvertin üstündә
yazıram: “Göndәrilәn ünvana qaytarılsın”. Bu mәktublarda hәddәn
ziyadә tәvәccöh, hәddәn artıq ümid vә inamsızlıq var vә bütün
bunlar nә ilәsә mәnә anamı xatırladır.
Mәni düzgün başa düş, mәn rәnglәri tündlәşdirmәk istәmirәm,
onlar onsuz da çox tünddür. Sadәcә olaraq, ekstrasens olmaq,
mühazirәlәrlә ölkәni dolaşmaq vә yeri gәldi-gәlmәdi teleekranda
görsәnmәk istәmirәm. (En-Bi-Si-dә işlәyәn bir yaramaz haradansa
telefon nömrәmi öyrәnib, mәnә onların şousunda iştirak etmәyi
tәklif edirdi. Dahiyanә ideyadır, deyilmi?) Don Riklz kimisә
yıxıb-sürüyür, hansısa qoca qarı öz ayaqlarını nümayiş etdirir,
mәnsә, fala baxıram. Bu xörәyi isә “Ceneral fuzd” tәklif edәcәk.
Ancaq bütün bunlar mәnim nәyimә lazımdır? Mәnim arzum
Klivs-Milsә qayıdıb yuxarı siniflәrdә dәrs demәk vә öz yuvamda
rahatca yaşamaqdır. Öz öncәdәngörmәlәrimi isә futbol oyunları
üçün saxlayaram.
Nә isә, bugünlük bәsdir. Ümid edirәm ki, Uolt vә Denniylә
birlikdә Yeni ili yaxşı keçirmisiniz, indi isә sәbirsizliklә Böyük
İkiyüzilliyi vә növbәti seçkilәri gözlәyirsiniz. Ərinin namizәdliyinin
ştat senatına verilmәsinә çox sevindim, ancaq Sara, nәzәrә al ki,
1976-cı il respublikaçılar üçün asan keçmәyәcәk. Atam da sәnә
salam söylәyir. Denninin göndәrdiyi açıqça onu, elәcә dә mәni
çox mütәәssir etdi. Mәktuba vә mәnә yaşatdığın әlavә (әlavә,
ancaq riqqәtli) hәyәcanlara görә sağ ol. Mәn özümü tox tuturam
vә tezliklә yenidәn işә başlamağa hazırlaşıram.
Ən xoş arzularla,
Conni.
210