Page 200 - Stiven Kinq
P. 200
ven Kinq

ikinci il oktyabrın on beşindәn ta... hm... dekabrın on yeddisinә
kimi Puebloda olmuş bir adamdan şübhәlәnirik. Bilmәk istәrdim,
hәmin vaxtlarda sizin jurnalda üstü açılmamış qәtl hadisәsi
barәdә qeyd aparılıbmı? Qurban qadın xeylağı olmalıdır, istәnilәn
yaşda ola bilәr, ölümün sәbәbi – zorlama vә boğulma. Bundan
başqa, әgәr belә bir cinayәt olubsa vә spermadan nümunә götür-
müsünüzsә, onun hansı qrupa aid olduğunu da bilmәk istәrdim.
Necә?.. Yaxşı. Tәşәkkür edirәm. Sağ olun.

O, dәstәyi yerinә qoydu.
– İndi o, mәnim kimliyimi yoxlayacaq, sonra jurnallara
baxıb, mәnә zәng edәcәk. Kofe içmәk... hә, axı siz kofe içmirsiniz.
– Yox, – Conni dedi, – amma su içәrәm.
O, karton stәkanı su ilә doldurdu. Külәk vıyıldayır vә
pәncәrәni döyәclәyirdi. Arxasından Bannermanın tәqsirkar sәsi
eşidildi:
– Yaxşı, nә gizlәdim. Siz haqlısınız. Mәn belә oğuldan
imtina elәmәzdim. Arvadım, Katrinanı qeysәr kәsiyinin kömәyi
ilә doğdu. O, daha doğa bilmәz. Hәkim dedi ki, bu, onu öldürә
bilәr. Onda onun uşaqlıq borularını bağladılar, mәnsә vazektomiya
etdim. Sığortalanmaq üçün.
Conni pәncәrәyә yaxınlaşıb, әlindә stәkan, gözlәrini qaranlığa
zillәdi. Küçәdә qardan başqa heç nә görünmürdü, amma o,
Bannermanı sonacan sındırmamaq üçün arxaya çevrilmirdi. Bunu
hiss etmәk üçün ekstrasens olmaq lazım deyildi.
– Frenkin atası Boston – Men dәmiryolunda işlәyirdi. Oğlan
beş yaşındaykәn o, hәlak olub. Vaqonları birlәşdirәrkәn sәrxoş
olub vә buferlәr onu... fәtir kimi әzib. Frenk evin tәk kişisi olub.
Rosko deyir ki, mәktәbdә o, bir qızı sevirmiş, amma missis
Dodd tezliklә bu işә pәl qatıb.
“Tәәccüblü deyil, – Conni düşündü. – Öz oğlunu... sıxacla...
bunu edәn qadın heç nәyә baxmaz. Psixopatın yekәsidir.”
– O, on altı yaşında mәnim yanıma gәldi vә soruşdu ki, onu
yarımştata polis işinә götürmәzlәr? Dedi ki, uşaqlıqdan, başqa
arzusu olmayıb. O saat xoşuma gәldi. Onu yanımda saxlayıb, öz
cibimdәn mәvacib verirdim. Bilirsiniz, bacardığım qәdәr pul
verirdim, amma o, şikayәtlәnmirdi. Müftә işlәmәyә dә hazır idi.

200
   195   196   197   198   199   200   201   202   203   204   205