Page 185 - Stiven Kinq
P. 185
Ölü zona

– Mәnim maşınımda?
Conni külәyin vıyıltısını dinlәyib, güclә sezilәcәk tәrzdә
qımışdı.
– Belә axşamda, – o dedi, – polis maşınında getmәyin öz
yeri var.
Covğun güclәnmişdi, Bannermanın maşınında Kasl-Roka
getmәk isә saat yarım çәkdi. Saat on birә iyirmi dәqiqә işlәmiş
onlar şәhәr idarәsinin vestibülünә daxil olub, ayaqqabılarının
qarını tәmizlәmәyә başladılar.
Dәhlizdә bir neçә qәzetçi vardı, onlar yerli şәxsiyyәtlәrdәn
birinin ikrahdoğurucu portreti altında oturub, bir-birinә dünәnki
axşam macәralarından danışırdılar. Bannermanla Conni gözlәrini
açmağa macal tapmamış, onların әhatәsinә düşdülәr.
– Şerif, işdә irәlilәyiş olduğu doğrudurmu?
– Hәlә bir söz deyә bilmәrәm, – Bannerman yorğun sәslә
dedi.
– Deyirlәr, oksfordlu namәlum şәxsi tutmusunuz. Bu
doğrudurmu, şerif?
– Yox, uşaqlar, icazә verin, keçәk...
Amma onlar artıq Connini görmüşdülәr. Xәstәxanadakı
mәtbuat konfransında iştirak etmiş iki jurnalistin dә burada
olduğunu görüncә, Conninin ürәyi ayağının altına düşdü.
– Sәn bir işә bax! – Onlardan biri sәslәndi. – Siz tәsadüfәn
Con Smit deyilsiniz?
– Hә, – Con dedi, – bu, mәnәm.
– Hәmin ekstrasensdir? – O birisi soruşdu.
– Qoyun keçәk! – Bannerman sәsini qaldırdı. – Sizin başqa
işiniz-gücünüz yoxdur?
– “İnsayd Vyu”nun yazdığına görә, siz şarlatansınız, – xәz
palto geymiş cavan oğlan dedi. – Bu doğrudur?
– Buna bir cavabım ola bilәr: “İnsayd vyu” lazım bildiyi
şeylәri dәrc edir, – Conni dedi, – qulaq asın bizә...
– Demәli, siz orada yazılanlarla razılaşmırsınız?
– Sizә bundan artıq heç nә deyә bilmәrәm, doğru sözümdür.
Onlar öz arxalarınca qırmızı şüşәli qapını örtmәyә macal
tapmamış, qәzetçilәr növbәtçi hissәnin yanındakı divardan asılmış
telefon-avtomatlara sarı cumdular.

185
   180   181   182   183   184   185   186   187   188   189   190