Page 180 - Stiven Kinq
P. 180
ven Kinq

Onlar susurdular. Conni “çili” yeyir, Bannerman isә maraqla
onu nәzәrdәn keçirirdi. Smit, әlbәttә ki, onun Sarı adlanan itinin
olduğunu әvvәlcәdәn öyrәnә bilәrdi. Conni itin qoca vә artıq,
demәk olar, kor olduğunu da öyrәnә bilәrdi. Bundan başqa, әgәr
o, qızımın adını әvvәlcәdәn bilirdisә, “deyәsәn, onun adı Ketidir.
Hәr halda, buna bәnzәr addır” ifadәsini asanca sәslәndirә bilәrdi.
Guya buna tam әmin deyil. Amma axı nә üçün? Bәs Conni әlini
sıxarkәn, onun qanını donduran, heç nәyә bәnzәmәyәn hisslәr
haradan yarandı? Əgәr bu, hiylәdirsә, birincidәrәcәli hiylәdir.

Külәk get-gedә güclәnәrәk yüngül tikilini titrәdirdi. Qar
küçәnin o üzündәki keqelbanın pәncәrәlәrini tamamilә örtmüşdü.

– Külәyi görürsünüz dә, – Bannerman dedi, – artıq sәhәrә
kimi sәngimәyәcәk. Hәlә bir qışın o qәdәr dә sәrt keçmәdiyini
deyirlәr.

– Əlinizdә nәsә var? – Conni soruşdu. – Bu tipin әşyasından-
filandan.

– Bәlkә, bir şey tapa bildik, – Bannerman dedi vә başını
inamsızlıqla yellәdi, – ümid azdır.

– Niyә axı?
Bannerman hәr şeyi sırasıyla danışmağa başladı. İbtidai
mәktәbi vә kitabxananı şәhәr parkı ayırır. Şagird kitabxanaya
gedәndә müәllim ona blank verir vә kitabxanaçı hәmin blankda
müvafiq qeydlәr aparır. Parkın ortalarında dayaz bir dәrә var.
Onun qәrb tәrәfindә estrada yerlәşir. Dәrәciyin özündә isә iyirmiyә
yaxın oturacaq qoyulub. Adamlar buraya caz konsertlәrini
dinlәmәyә vә futbol oyunları haqqında söhbәtlәşmәyә gәlirlәr.
– Biz tәxmin edirik ki, cinayәtkar hәmin oturacaqlardan
birindә әylәşib, hәr hansı bir qızın buradan tәk keçәcәyini
gözlәyirmiş. Parkın girişi vә çıxışından onu görә bilmәzdilәr.
Cığır şimal tәrәfdәn, oturacaqlara yaxın yerdәn keçir. – Bannerman
köksünü ötürәrәk başını yellәdi. – Tәrs kimi, birinci qadın –
Freçet dә elә orada öldürülmüşdü. Seçicilәrin mart toplantısında,
әgәr marta qәdәr vәzifәmdә qalacağamsa, mәnim başıma nә
oyun açacaqlarını tәsәvvür edirәm. Mәn, әlbәttә, mәktәbdә dәrslәr
aparılan zaman parkın nәzarәtә götürülmәsi üçün yazdığım
xahişnamәni adamlara göstәrә bilәrәm. Boynuma alıram ki, mәn

180
   175   176   177   178   179   180   181   182   183   184   185