Page 175 - Stiven Kinq
P. 175
Ölü zona
– Xәbәrlәrә baxmaq pis olmazdı, – Herbert dedi, – yaxşı ki,
gecikmәdim. Bu gün sәhәr Kasl-Rokda En-Bi-Si televiziyasının
işçilәri dolaşırdılar. Sәnin xoşuna gәlәn reportyor qadın da
oradaydı. Kessi Makkini deyirәm.
O, Conninin baxışlarını görüncә gözlәrini yumdu. Bir anlığa
ona elә gәldi ki, qeyri-insani әzab dolu onlarca göz ona baxır.
– Kasl-Rok? Yenә dә qәtl?
– Hә. Sәhәr-sәhәr şәhәr parkında kiçik qız cәsәdi tapılıb.
Dәhşәtli hadisәdir, adam ağlına sığışdıra bilmir. Qızcığaz kitabxa-
naya gedibmiş. Oraya aparan yol parkdan keçir. Kitabxanada
olub, ancaq geriyә dönmәyib... Conni, sәnә nә olub? Rәngin
ağappaq ağarıb.
– Qızın neçә yaşı vardı?
– Doqquz yaşı yenicә tamamlanıbmış, – Herbert dedi, –
mәndәn olsaydı, bu qatili... bir yerindәn asardım.
– Doqquz yaş, – Conni dillәndi vә ağır-ağır stula oturdu, –
Aman Tanrım.
– Oğlum, nәdir, özünü pis hiss edirsәn?
– Hәr şey yaxşıdır. Televizoru yandır.
Ekranda gündәlik toplanmış mәlumatlarla Con Çansellor
göründü: hakimiyyәt uğrunda mübarizә (Fred Harrisonun seçki
kompaniyası zәif aparılır), hökumәtin qәrarları (prezident Fordun
sözlәrinә görә, büdcә mәsәlәlәrinin hәllindә Amerika şәhәrlәri
reallığa әsaslanmalıdır), xarici xәbәrlәr (Fransada ümummilli
tәtil), birja xәbәrlәri vә “ruhu oxşayan” mәlumat – serebral iflicә
tutulmuş oğlanın dörd sentner çәkisi olan inәyi yemlәmәsi.
– Bәlkә, qәrara gәliblәr ki, o xәbәri efirә vermәsinlәr, –
Herbert dedi.
Reklam fasilәsindәn sonra Çansellor bәyan etdi:
– Men ştatının qәrbindә yerlәşәn şәhәrciyin sakinlәri bu
gecә yata bilmәyәcәklәr. Söhbәt, son beş ildә beş qәtl hadisәsi
qeydә alınmış Kasl-Rokdan gedir – burada on dörd yaşdan
tutmuş, yetmiş bir yaşacan beş qadın öldürülmüşdür. Bu gün bu
şәhәrdә altıncı qәtl hadisәsi qeydә alınmışdır. Budәfәki qurbanın
doqquz yaşı var. Ketrin Makkin Kasl-Rok hadisәsini bütün
tәfәrrüatlarıyla sizә danışacaq.
175