Page 174 - Stiven Kinq
P. 174
ven Kinq

– Şerif Bannerman sizә nә üçün zәng vurub? – Sem Veyzak
soruşdu. – Onu öz qәrarını dәyişmәyә nә vadar edib?

– Bilmirәm. Yәqin, seçicilәr başını-beynini aparıblar.
– Conni, ona sizә müraciәt etmәyi mәslәhәt gördüyümә vә
sizә әziyyәt verdiyimә görә tәәssüf edirәm. Ən çox da ona
tәәssüflәnirәm ki, sizә zәng edib, Bannermanla söhbәt etdiyimi
demәmişәm. Günah mәndәdir. Tanrı şahiddir ki, siz rahat hәyat
sürmәyә layiq adamsınız.
Öz fikirlәrinin әks-sәdasını eşidәn Conniyә bu sözlәr
yüngüllük gәtirmәdi. Əksinә, özünü daha bәdbәxt vә müqәssir
hesab etmәyә başladı.
– Yaxşı, – o dedi, – hәr şey qaydasındadır, Sem.
– Bir daha heç kimә heç nә demәyәcәyәm. Bu, әlbәttә, atın
oğurlandıqdan sonra tövlәyә tәzә qıfıl vurmağa oxşayır, amma
hәr halda... axmaq hәrәkәt elәmişәm. Bu, hәkim üçün bağışlanmaz
sәhvdir.
– Yaxşı, – Conni tәkrarladı. Onu acizlik hissi sarmışdı,
Semin pәrtliyi vә xәcalәt çәkmәsi isә ovqatını tәlx etmişdi.
– Biz tezliklә görüşәcәyik?
– Gәlәn aydan Klivs-Millsdә dәrs demәyә başlayacağam.
Onda yanına gәlәrәm.
– Yaxşı! Bir daha üzr istәyirәm, Con.
– Əşi, bәsdir dә!
Onlar sağollaşdılar vә Conni dәstәyi yerinә qoydu. O, Semә
zәng etdiyinә görә tәәssüf hissi keçirirdi. Bәlkә dә, o, Veyzakın
öz günahını belә tez boynuna almasını istәmirdi. Ola bilsin ki,
әslindә Conni Semin belә deyәcәyini gözlәyirdi: “Əlbәttә, ona
mәn zәng elәmişәm. İstәyirәm ki, sәn dalını stuldan qalxızıb,
nәsә bir iş görәsәn”. Conni yavaş-yavaş pәncәrәyә yaxınlaşdı vә
qaranlıq hәyәtә baxdı. Zibil torbası kimi boruya soxublar. İlahi,
başım necә dә ağrıyır.
Herbert yarım saatdan sonra gәlib çıxdı vә Conninin ağarmış
sifәtini görüb soruşdu:
– Başın ağrıyır?
– Hә.
– Çox ağrıyır?
– O qәdәr dә yox.

174
   169   170   171   172   173   174   175   176   177   178   179