Page 184 - Stiven Kinq
P. 184
ven Kinq
görmәmişdim. O, qızı zorlayıb. Bu özü onu... öldürmәk üçün bәs
idi. Ekspertizanı aparan hәkim dedi ki, qızın içi... nә isә, qızcığaz,
yәqin, elә bundan ölüb, amma o, bununla kifayәtlәnmәyib, üstәlik
onu boğub da. Doqquz yaşlı qızı boğub, belәcә... belәcә atmaq...
Bu yerdә Bannermanın gözlәrindәn yaş axmağa başladı.
Piştaxtanın qabağında dayanmış yol briqadasından olan iki oğlan
kubok oyunları barәdә danışırdılar.
Bannerman yenә dә gözlüyünü çıxarıb, onu cib dәsmalıyla
silmәyә girişdi. Onun çiyinlәri әsirdi. Conni susaraq çәngәllә
“çili”ni didişdirirdi.
Nәhayәt, Bannerman cib dәsmalını gizlәtdi. Onun gözlәri
qızarmışdı, gözlüksüz sifәti kömәksiz vә yazıq görünürdü.
– Mәni bağışlayın, – o dedi, – ağır gün keçirmәli oldum.
– Söz yox, – Conni dedi.
– Bilirdim ki, bununla qurtaracaq, amma hәr halda, fikirlә-
şirdim ki, evә qәdәr özümü saxlayaram.
– O qәdәr gözlәmәkmi olardı?
– Sizdә insanları başa düşmәk istedadı var, – Bannerman
gözlüyünü taxdı, – hәm dә tәk bu yox. Sizdә nәsә var. Allah bilir
nә, amma nәsә qәribә bir şey var.
– Əlinizdә daha nәsә varmı?
– Heç nә yoxdur. Fırlana-fırlana qalmışam, ştatın polisi isә
hәrәkәtә gәlәnәcәn iş işdәn keçәr. Baş prokurorluğun xüsusi
tәhqiqatçısı vә FTB-nin nümayәndәsi ilә birlikdә. Hәlә ki,
ekspertiza spermanın qrupunu tәyin edә bilib, amma bu, bizә heç
nә vermir. Mәni әn çox qayğılandıran odur ki, qurbanın dırnaqlarının
altında nә saç, nә dә dәri qalıqları var. Cinayәtkar bir dәfә dә
olsun, nә bir düymә, nә mağaza çeki, ümumiyyәtlә, heç nә salıb
itirmәyib. Buraya Oqastadan bir mütәxәssis gәlib – baş prokurorun
sәyiylә – o, әmindir ki, bu cür tiplәr әvvәl-axır özlәrini әlә
verirlәr. Yaxşı tәskinlikdir. Xüsusәn dә nәzәrә alsaq ki, bütün
bunlara bir düjün meyit dә әlavә olunacaq.
– Hәmin siqaret qutusu sizdәdir?
– Hә.
Conni ayağa qalxdı.
– Elә isә getdik.
184