Page 163 - Stiven Kinq
P. 163
Ölü zona

Farengeyt termometri havanın hәrarәtinin iyirmi dәrәcәdәn bir
qәdәr az olduğunu göstәrirdi. Conni evә gәtirәn yola çıxarkәn ilk
qar dәnәlәri düşmәyә başladı. Ətrafda heç kәs yox idi vә Conni
çәkinmәdәn dilini çıxarıb qar dәnәlәrini tutmağa başladı. O,
demәk olar ki, axsamırdı vә özünü әla hiss edirdi. Son iki hәftә,
bәlkә, ondan da artıq, başağrıları bir dәfә dә olsun, ona әziyyәt
vermәmişdi.

Ona gәlәn poçt “Nyusuik” jurnalının reklam vәrәqindәn vә
Con Smitә ünvanlanmış, ancaq kimdәn gәldiyi bәlli olmayan
kiçik qalın konvertdәn ibarәt idi. Conni geriyә qayıdarkәn qalan
şeylәri şalvarının arxa cibinә dürtüb, konverti açdı. Buradakı
kağız parçasında “Axirәtdәn baxış” başlığını görüb, ayaq saxladı.

Bu, keçәn hәftә nәşr olunmuş jurnalın üçüncü sәhifәsi idi.
Buradakı әsas xәbәr televiziya detektiv filmindә çıxış edәn
suyuşirin komik haqqında “ifşaedici” mәlumatdan ibarәt idi;
vaxtilә (on iki il әvvәl) onu iki dәfә mәktәbdәn qovmuşdular vә
bir dәfә özündә kokain saxladığına görә (altı il әvvәl) hәbs
etmişdilәr. Başqa bir xәbәr Amerika evdar qadınları üçün nәzәrdә
tutulmuşdu. Sәhifәdә müxtәlif pәhrizlәr, bir vunderkind vә Lurdda
serebral iflicdәn möcüzәvi şәkildә müalicә olunmuş doqquzyaşlı
qızcığaz haqqında (HƏKİMLƏR MAT QALIBLAR – tәntәnәli
başlıqda deyilirdi) mәlumatlar da vardı. Sәhifәnin aşağı hissәsindә
“Men ştatında yaşayan “öncәdәngörәn” yalan satdığını boynuna
aldı” başlıqlı altı cızılmış bir mәqalә yerlәşdirilmişdi:

“Axirәtdәn baxış” yalnız “böyük mәtbuat”ın görmәzliyә
vurduğu ekstrasenslәr haqqında oxuculara doğru-dürüst mәlumat-
ların çatdırılmasını deyil, hәm dә paranormal hadisәlәrin rәsmi
etirafını әngәllәyәn fırıldaqçıların vә şarlatanların ifşasını hәmişә
özünün başlıca mәqsәdi hesab etmişdir.

Hәmin fırıldaqçılardan biri bugünlәrdә öz yalanlarını bizim
müxbirimizә etiraf etmişdir. Bu, belә demәk olarsa, paunallı
öncәgörәn Con Smit deyir: “Hәr şey mәnim xәstәxanaya olan
borclarımı ödәmәk üçün edilmişdi. Əgәr kitababәnzәr bir şey dә
yaza bilsәm, borclarımı ödәmәk vә bir neçә il qayğısız yaşamaq
üçün kifayәt qәdәr gәlirim olacaq. İndi insanlar nәyә desәn
inanırlar, niyә dә mәn öz yemәyimә yaxşı bir sous әlavә etmә-
yim?”

Conni gülümsәdi.

163
   158   159   160   161   162   163   164   165   166   167   168