Page 155 - Stiven Kinq
P. 155
Ölü zona

– Mәn onu atdım getdi vә bu barәdә Uolta heç nә demәdim –
Sara başını yırğaladı, – özüm dә bilmirәm niyә. O vaxtdan
rahatlığım itib.

– Bu barәdә düşünmәyә dәymәz.
Onlar pillәkәnin üstündә üzbәüz dayanmışdılar. Qan Saranın
üzünә vurdu, amma o, gözlәrini qaçırmadı.
– Mәn bәzi şeylәrә aydınlıq gәtirilmәsini istәrdim, – Sara
elә-belә dedi, – amma fürsәt düşmәmişdi.
– Sara... – O, sözünün dalını gәtirmәdi. Nәdәn danışacağını
bilmirdi. Denni aşağıda altı addım irәlilәyib, yerә sәrildi vә
әhvalını pozmadan qığıldadı.
– Hә, – Sara dedi, – bunun pis vә ya yaxşı olduğunu bil-
mirәm, amma mәn Uoltu sevirәm. O, vicdanlı adamdır, onu
sevmәk çәtin deyil. Bәlkә dә, mәnim әlimdәn gәlәn yeganә şey
yaxşı adamı pisdәn fәrqlәndirmәkdir. Den – kollecdә görüşdüyüm
oğlan – pislәrdәn idi. Sәnsә mәnә tamam başqa şey hiss etdirdin,
Conni. Sәn olmasaydın, Uolta heç vaxt dәyәr verә bilmәzdim.
– Sara, sәn elә etmәmәlisәn ki...
– Yox, etmәliyәm, – Sara etiraz elәdi. Onun sәsi gәrilmişdi
vә alçaqdan çıxırdı, – çünki bu, hәyatda bir dәfә deyilir. Vә
qarşındakı insan ya sәni başa düşür, ya da yox. Hәr halda, o saat
hәr şey öz yerini alır. Bu söhbәti bir dә başlamağa ehtiyac qalmır, –
o, Conniyә yalvarışlı nәzәrlәrlә baxdı, – başa düşürsәn?
– Hә, deyәsәn, başa düşürәm.
– Mәn sәni sevirәm, Conni, – o dedi – hәmişә dә sevmişәm.
Mәn özümü inandırmağa çalışırdım ki, biz Tanrının iradәsiylә
ayrılmışıq. Bilmirәm. Mәgәr xarab olmuş sosiskalar Tanrının
iradәsi ola bilәrmi? Vә yaxud gecәyarısı yolun ortasıyla şütüyәn
o maşınlar. Yeganә istәyim odur ki... – indi o sanki qәribә bir
tәzyiq altında danışırdı; sәrin oktyabr havasında onun sözlәri,
zәrb ustası nazik qızıl metalı döyәclәyәrkәn çıxan sәslәrә
bәnzәyirdi. – Yeganә istәyim әlimizdәn alınan şeyi geri qaytar-
maqdan ibarәtdir. – Onun sәsi titrәdi. Başını aşağı saldı: – Bunu
ürәkdәn arzulayıram, Conni. Bәs sәn?
– Hә, – Conni dedi. O, әlini qabağa uzatdı, amma Sara
başını yırğalayaraq geri çәkildi. Conni pәrt oldu.

155
   150   151   152   153   154   155   156   157   158   159   160