Page 150 - Stiven Kinq
P. 150
ven Kinq

– Bәs neqativlәr kimdәdir?
– Cücә, – Qreq sәmimiyyәtlә dedi, – siz situasiyanı başa
düşmürsünüz. Mәn sizә Vaşinqtonu tәklif edirәm. – Orada yaxşı
işlәr çevirәcәyik! Sizdәn çoxlu pul toplamaq da tәlәb olunmur.
Mәnә nasosu işә salmaq üçün yalnız bir vedrә su lazımdır. Onu
işә salandan sonra isә dollarlar çay kimi axıb gәlәcәk. Siz qalın
çek kitabçaları olan adamlarla tanışsınız. Onlarla nahar edirsiniz,
poker oynayırsınız, onların tәbirincә desәk, onlara faizlә borc
verirsiniz. Demәli, onların әl-qolunu necә bağlamaq lazım
olduğunu da bilirsiniz.
– Qreq, siz başa düşmürsünüz, siz... – Qreq ayağa durdu.
– Mәn sizin әl-qolunuzu bağladığım kimi, – o dedi.
Bankir aşağıdan-yuxarı ona baxırdı. Onun gözlәri aciz-aciz
qırpılırdı. Qreq Stilson fikirlәşdi ki, Hendron kәsilmәyә aparılan
qoyuna bәnzәyir.
– Cәmisi әlli min dollar, – o dedi, – bu pulu tapın.
O, qapını yavaşca örtüb kabinetdәn çıxdı. Hendron qalın
divarın ardından belә, Stilsonun guruldayan sәsini eşidirdi – o,
katibәylә danışırdı. Katibә – altmışyaşlı, yastı döşlü toyuq –
Stilsonla mәktәbli qız kimi deyib-gülürdü. Bәli, Stilson tәlxәk
idi. Mәhz onun bu keyfiyyәti, azyaşlı cinayәtkarlıqla mübarizә
proqramı ilә birlikdә, onu Ricueyin meri vәzifәsinә yüksәltmişdi.
Amma xalq, tәlxәklәri Vaşinqtona göndәrmir. Hәr halda, indiyә
kimi göndәrmәmişdi.
Ancaq artıq bu, Hendronun problemi deyildi. Seçki
kampaniyasına әlli min dollar tapmaq – bax, onun problemi bu
idi. Əhlilәşdirilmiş ağ siçovul, pendir parçası qoyulmuş boşqabın
yan-yörәsinә necә fırlanırsa, bankirin fikirlәri dә onun әtrafında
elә fırlanırdı. Qreqin planı alına da bilәrdi. Hә, alına bilәrdi...
amma hәr şey bununla bitәcәkdimi?
Ağ konvert hәlә dә stolun üstündәydi. Gülümsәyәn arvadı
şәffaf kubikin içindәn ona baxırdı. O, konverti xışmalayıb qoltuq
cibinә qoydu. Bu, Ellimanın işiydi, şübhәyә yer yox idi.
Onun bu qәnaәtә gәlmәsinә heç kim deyil, mәhz Stilson
sәbәb olmuşdu.
Hәr şey bir yana, bәlkә, o, heç tәlxәk-filan deyil. O, yetmiş
beş-yetmiş altıncı illәrdәki siyasi vәziyyәti heç dә pis

150
   145   146   147   148   149   150   151   152   153   154   155