Page 147 - Stiven Kinq
P. 147
Ölü zona

Qreq onun bu incә eyhamını qulaqardına vurdu.
– Mәn özümü “buynuzlu” vә ya başqa cür adlandıracağam...
vә hamı mәni tәlxәk kimi qәbul edәcәk... hәr şey onunla qurtaracaq
ki, üçüncü dairә seçicilәrinin qәhqәhәsi altında mәn Vaşinqtona
varid olacağam.
– Qreq, siz ağlınızı itirmisiniz.
Qreqin üzündәki gülüş yox oldu. Sifәti әyildi. Oturduğu
yerdә gözlәrini bәrәltdi. At, ona iylәnmiş su verildiyinin fәrqinә
varanda, gözlәri mәhz bu hala düşür.
– Bir dә belә şey danışmayın, Cücә. Allah göstәrmәsin.

Bankirin vәziyyәti lap pislәşdi.
– Bağışlayın, Qreq. Mәn, sadәcә...
– Günlәrin bir günü öz “İmperial”ınızın yanında Sanni Elli-
manla üz-üzә gәlmәk istәmirsinizsә, bir daha belә şeylәr danışmayın.
Hendron sәssizcә dodaqlarını tәrpәdirdi.
Qreq yenidәn gülümsündü, sanki qara buludların arxasından
günәş boylandı.
– Yaxşı, әgәr bir yerdә işlәyәcәyiksә, gәlin, mübahisә etmә-
yәk.
– Qreq...
– Siz mәnә lazımsınız, çünki Nyu-Hempşirin bu hissәsindә
yaşayan bütün iş adamlarını tanıyırsınız. İşә başlayan kimi bizә
böyük pullar lazım olacaq, odur ki, mәncә, nasosu işә salmalı
olacağıq. Mәn artıq Ricueyin sәrhәdlәrini aşıb, bütün ştata çıx-
malıyam. Mәnә görә, bu yerlәri gübrәlәmәk üçün hәlәlik әlli
min dollar bәs elәyәr.
Sonuncu dörd seçki kompaniyası zamanı Harrison Fişerә
işlәmiş bankiri Qreqin siyasi sadәlövhlüyü o qәdәr tәәccüblәndirdi
ki, o, bir müddәt söhbәtә necә davam edәcәyini kәsdirә bilmәdi.
Nәhayәt, o dedi:
– Qreq, iş adamları seçki kompaniyasına pulu xeyriyyәçilik
mәqsәdilә vermirlәr, әvәzindә qәlәbә çalmış adamdan nәlәrsә
istәyirlәr. Əgәr namizәdlәr baş-başa gedirlәrsә, iş adamları pulu
daha çox şansı olana verirlәr, uduzmuş adamı isә qaçılmaz mәsrәf
qrafasına aid edirlәr. Burada başlıcası qәlәbәyә şanslı olmaqdır.
Bax, Fişer...

147
   142   143   144   145   146   147   148   149   150   151   152