Page 146 - Stiven Kinq
P. 146
ven Kinq

şeylәrin yanında toya getmәliydi. Lorel әrazisindәki tikinti zamanı
Ricuey şosesinin ardında yaşayan bir qoca kişinin öz sahәsini
satmaq istәmәmәsi ucbatından az qala hәr şey pozulacaqdı. Onda
әvvәlcә qocanın on dörd toyuğu hansısa namәlum xәstәlikdәn
qırıldı, sonra kartof saxladığı anbarı yandı. Sonra isә istirahәt
günlәrindә, qoca Kindә yerlәşәn yaşlılar evindәki bacısını ziyarәt
etmәyә gedәndә, kimsә onun qonaq otağını vә mәtbәxini it
nәcisinә bulaşdırmışdı. Axırda bütün bunlara dözmәyәn qoca öz
sahәsini satmalı oldu vә sahә lazımi әllәrә keçdi.

Bir şey dә var: bu ağıldankәm motosikletçi Sanni Elliman
yenә dә buralarda dolaşmaqdadır. O, Qreqlә yaxın dostdur vә
әgәr bu gün bütün şәhәr bu barәdә danışmırsa, bu, yalnız ona
görәdir ki, әhali hәmişә Qreqi, onun yaratdığı Narkoloji mәslәhәt
mәrkәzindә müalicә kursu keçәn uzunsaçlı hippilәrin, mavilәrin,
dәlibaş motosikletçilәrin әhatәsindә görürdü. Ricueydә bu cür
xәstәlәrә bir qәdәr qeyri-әnәnәvi müalicә metodları tәtbiq olunurdu.
Gәnc narkomanları, içki düşkünlәrini vә yol hәrәkәt qaydalarını
pozanları türmәyә salmaq vә ya cәrimәlәmәk әvәzinә, şәhәr
hakimiyyәti onlardan müxtәlif işlәrdә istifadә edirdi. Bu, Qreqin
ideyası idi. Pis ideya deyildi vә bunu ilk dәfә mәhz bankir dәyәr-
lәndirmişdi. Müәyyәn mәnada Qreq mәhz bu ideyaya görә mer
vәzifәsinә keçmişdi.

Amma onun indiki ideyası әsl ağılsızlıq idi.
Qreq daha nәsә dedi. Hendron onu eşitmәdi.
– Bağışlayın, – o, dil-ağız elәdi.
– Sizdәn soruşdum ki, mәnim seçki kompaniyamın tәşkilatçısı
olmaq istәmirsiniz? – Qreq tәkrar etdi.
– Qreq... – Hendron öskürdü, – Qreq, deyәsәn, siz situasiyanı
düzgün anlamırsınız, – o, davam etdi, – üçüncü dairәdәn konqresin
Nümayәndәlәr Palatasında Harrison Fişer oturur. O, respublikaçıdır,
hörmәtli adamdır vә mәncә, onu yerindәn tәrpәtmәk mümkün
deyil.
– İstәnilәn adamı yerindәn tәrpәtmәk mümkündür, – Qreq
dedi.
– Harrison öz adamımızdır, – Hendron dedi, – Harvidәn
soruşun. Onlar mәktәbi bir yerdә oxuyublar. Haradasa, sәksәninci
illәrdә.

146
   141   142   143   144   145   146   147   148   149   150   151