Page 148 - Stiven Kinq
P. 148
ven Kinq

– Favoritdir, – Qreq ona fikrini tamamlamağa kömәk etdi
vә arxa cibindәn bir konvert çıxardı, – budur, baxın.

Hendron inamsız baxışlarla konverti vә ardınca Qreqi süzdü.
Qreq başını yellәyincә o, konverti açdı vә qәfildәn nәfәsi tutuldu,
şam ağacı panellәriylә işlәnmiş kabinetә uzun bir sükut çökdü.
Bu sükut, bankirin stolunun üstündәki elektron saatın yüngül
vızıltısını vә Qreqin yandırdığı kibrit çöpünün çıxardığı sәsi
hesaba almasaq, heç nәylә pozulmurdu. Kabinetin divarlarından
Frederik Reminqtonun litoqrafiyaları baxırdı. Şәffaf kubikin
içindәn ailә şәkillәri parlayırdı. Stolun üstünә isә indi bankirin
fotosu qoyulmuşdu: şәkildә onun başı qarasaçlı cavan qadının
budları arasında itib-batmışdı. Qadın, bәlkә dә, sarışınsaçlıydı,
çünki dәnәvәr parıltılı kağızda çap olunmuş ağ-qara şәkildәn
onun saçlarının rәngini dәqiq söylәmәk olmazdı. Amma üzü çox
yaxşı görünürdü. Ricey sakinlәrindәn bir çoxu şәklә baxan kimi,
qadının bankirin arvadı deyil, Bobbi Strenqin yaxın şәhәrciklәrdәn
birindә yerlәşәn yolüstü kafesindә çalışan ofisiant olduğunu o
dәqiqә söylәyә bilәrdi.

Ofisiant qadının gözәl formasına baş qoymuş bankirin şәkli
elә dә tәhlükәli deyildi: qadının sifәti açıq-aydın görünürdü,
onunku isә yox. Amma o biri şәkillәrdә, hәtta bankirin nәnәsi dә
öz nәvәsini tanımaya bilmәzdi. Bu şәkillәrdә seksual әylәncәlәrin
bütöv bir kompleksini mәnimsәyәn Hendronla ofisiant qadın
tәsvir olunmuşdu. Orada “Kamasutra”dakı bütün pozalar öz
әksini tapmasa da, bu pozalardan bir çoxu, çәtin ki, Ricuey orta
mәktәbindә tәdris olunan “Seksual münasibәtlәr” gigiyena
vәsaitinә daxil edilmiş olaydı.

Hendron gözlәrini qaldırdı, onun sifәti tәrlәmişdi, әllәri
әsirdi. Ürәyi tez-tez vururdu. Bankir ürәyinin indicә partlayacağından
qorxurdu.

Qreq üzünü çevirib pәncәrәdәn “Müxtәlif xırdavat” vә
“Qalantereya” mağazaları arasından görünәn parlaq-mavi oktyabr
sәmasına baxırdı.

– Dәyişiklik yellәri әsir, – Qreq dedi. Onun sifәtindә nәsә
mistik bir ifadә vardı. O, Hendrona nәzәr saldı, – Mәrkәzә gәlәn
narkomanlardan biri, bilirsinizmi, mәnә nә verdi?

148
   143   144   145   146   147   148   149   150   151   152   153