Page 151 - Stiven Kinq
P. 151
Ölü zona

dәyәrlәndirmәdi. Yeldәn daldalanacaq әvәzinә yel dәyirmanları
tikmәk...

Yox, bu, Hendronun problemi deyil.
Əlli min dollar – onun problemi budur.
Cücә Hendron, “Aslanlar klubu”nun prezidenti vә ümu-
miyyәtlә, әhli-kef adam (keçәn il Ricuey bayram paradında o,
gülmәli motosiklet sürürdü) stolun üst siyirtmәsindәn rәsmi
qeydlәr apardığı sarı kitabçanı götürdü vә siyahı tutmağa başladı.
Əhlilәşdirilmiş siçovul iş görmәyә başladı. Qreq Stilson isә bu
zaman әsas küçәdә üzünü parlaq yaz günәşinә tutub, yaxşı
keçirtdiyi әmәliyyat münasibәtilә özünü tәbrik edirdi. Hәr halda,
әmәliyyatın başlanğıcı pis alınmamışdı.
Sonralar Conni belә hesab edirdi ki, hәmin yarmarkadan
beş il sonra Saranı öz ağuşuna ala bilmәsi, haradasa “Axirәtdәn
baxış” jurnalının әmәkdaşı Riçard Disin sayәsindә baş tutub.
Conni onunla söhbәtdәn sonra, Saraya zәng vurub onu öz yanına
dәvәt etdi, çünki etibarlı bir adama zәng vurub dәrdini bölüşmәk
istәyirdi. Hәr halda, o, özünü buna inandırmağa çalışırdı.
O, Kennebaka zәng vurdu. Dәstәyi Saranın köhnә otaq
yoldaşı götürüb dedi ki, o, indicә gәlәcәk. Bir dәqiqәlik pauza
zamanı o düşündü ki, bәlkә, söhbәtdәn imtina etsin vә bu
mәsәlәyә hәmişәlik son qoyulsun. Amma elә bu an Saranın
sәsini eşitdi:
– Conni, bu sәnsәn?
– Özüdür ki, var.
– Necәsәn?
– Yaxşıyam. Bәs sәn?
– Mәn dә, – o dedi, – mәnә çox xoşdur. Mәn... sözün açığı,
şübhә edirdim.
– Oğlun sәninlәdir?
– Əlbәttә. Mәn onsuz heç yerә getmirәm.
– Şimala, öz evinә dönmәzdәn öncә bura gәlsәniz, pis ol-
mazdı...
– Mәmnuniyyәtlә, Conni, – Saranın sәsi lap mülayimlәşdi.
– Atam Uesbrukda işlәyir, mәn isә burada hәm aşpazam, hәm
dә qabyuyan. O, tәxminәn saat beşin yarısında evә qayıdır, altının

151
   146   147   148   149   150   151   152   153   154   155   156