Page 136 - Stiven Kinq
P. 136
ven Kinq

mamaq, ümumiyyәtlә, heç nә etmәmәk daha yaxşı olardı. O, hәr
şeyi başa düşәr. Onun Saraya vә ya ona şәrf göndәrmiş qadına
mәktubu yaxşı nә vәd edә bilәrdi?

Yatmış iti oyatmağa dәyәrdimi? Sara heç fәrqinә varmadan
“sevirәm” deyә bilәr, amma o, bunu bacarmazdı. Onun üçün
keçmiş yaşanıb qurtarmamışdı, zaman isә sıxılmış, әzilmiş vә
tәhrif olunmuşdu. İçindәki vaxtla ölçmәli olsaq, cәmisi yarım il
öncә Sara onun sevgilisiydi. O, fikrәn komayla da, itirdiyi vaxtla
da barışmışdı, amma ürәyi bununla barışmaq istәmirdi. Saranın
başsağlığı verdiyi açıqçaya cavab vermәk asan deyildi, amma
axı adi dostluq münasibәtlәrindәn kәnara çıxan ifadәlәr yazdığın
mәktubu cırıb atmaq vә ya yenidәn yazmaq mümkündür. O, indi
özünә yalnız bu cür münasibәtlәri rәva görә bilәrdi. Yoxsa onlar
görüşmәli olsalar, kim bilir, hansı axmaq hәrәkәtә yol verә bilәr.
Yaxşısı budur, zәng vurmasın. Qoy hәr şey olduğu kimi qalsın.

“Amma mәn zәng edәcәyәm” – o düşündü. Zәng vurub onu
buraya dәvәt edәcәyәm.

Qeyri-müәyyәn hisslәr keçirәrәk, mәktubu geri, konvertә
qoydu. Xromlanmış parıltılı obyektin әks etdirdiyi günәş şüaları
gözünü qamaşdırdı. Evә gәtirәn yola tökülmüş çınqıl “Ford”un
tәkәrlәri altında xırçıldadı. Conni gözlәrini qıyıb, bunun tanış
maşın olub-olmadığını fәhm etmәyә çalışdı. Buraya qonaqlar az-
az gәlirdilәr; poçt kifayәt qәdәr idi, amma yanına cәmisi üç, ya
da dörd dәfә gәlәn olmuşdu. Paunal xәritәdә kiçicik bir nöqtәdir
– tap görüm, necә tapırsan. Əgәr maşın hansısa hәqiqәt ovçusu-
nundursa, Conni nәzakәtlә, amma qәti şәkildә onu başından rәdd
elәyәcәk. Ayrılarkәn Veyzak mәhz belә mәslәhәt görmüşdü.
“Yaxşı mәslәhәtdir” – Conni düşündü.

“Heç kәsә imkan vermәyin ki, sizi mәslәhәtçi-müәllim
rolunu oynamağa mәcbur etsin. Onları tәşviq etmәsәniz, sizi
tezliklә unudacaqlar. Bu, әvvәlcә sizә vicdansızlıq kimi görünәcәk
– axı onların çoxusu yanılırlar, problemlәr onları boğaza yığıb,
xoşniyyәtlidirlәr – lakin bu, sizinçün hәyati, şәxsi azadlığınızla
bağlı mәsәlәdir. Bu mәsәlәdә bir az qәtiyyәtli olun, Con.”

O da qәtiyyәtli olmağa çalışırdı.
“Ford” anbarla odun yığınının arasındakı meydançaya girdi
vә dönәrkәn Conni onun qabaq şüşәsinә “Herts” prokat firmasının

136
   131   132   133   134   135   136   137   138   139   140   141