Page 103 - Stiven Kinq
P. 103
Ölü zona

– Bәlkә, sizin sualınıza mәn cavab verim, – o dedi, – ya da
heç olmasa, bu suala nә üçün cavab verilә bilmәyәcәyinә aydınlıq
gәtirim.

– Necә, siz dә öncәgörәnsiniz? – Düsso könülsüz soruşdu.
– Hә, bütün nevroloqlar kimi. Bizim işimizdә bunsuz ötüş-
mәk olmaz, – Veyzak dedi. Gülüşmә qopdu vә Düsso qıpqırmızı
oldu.
– Xanımlar vә cәnablar, media mәnsubları. Bu adam düz
dörd il yarım komatoz vәziyyәtdә olub. İnsan beynini öyrәnәn
bizlәrin, Conun bu vәziyyәtә necә düşmәsi vә ondan necә çıxması
barәdә heç bir tәsәvvürü yoxdur. Çünki biz hadisәnin mәğzini
başa düşmürük, elәcә dә yuxunun vә oyanma aktının nә olduğu
bizә mәlum deyil. Xanımlar vә cәnablar, biz, hәtta qurbağanın
vә ya qarışqanın beyni haqqında da heç nә bilmirik. Mәndәn sitat
gәtirә bilәrsiniz... görürsünüz, mәn heç nәdәn çәkinmirәm...
elәdir?
Yenә dә gülüş qopdu. Veyzak onları әylәndirirdi. Yalnız
Düsso gülmürdü.
– Mәndәn başqa bir sitat da gәtirә bilәrsiniz – bu adam
tamamilә yeni vә ya son dәrәcә köhnә bir qabiliyyәt әldә edib.
Nә üçün? Əgәr mәn vә mәnim kolleqalarım, hәtta qarışqanın
beyni barәdә belә bir şey bilmiriksә, bu suala necә cavab verә
bilәrәm? Ancaq sizin diqqәtinizi, bәlkә dә, әhәmiyyәtsiz sayıla
bilәcәk bәzi maraqlı mәqamlara cәlb etmәk istәyirәm. Conni
Smitin beyninin kiçicik bir hissәsi әmәllicә zәdәlәnib... amma
beyin üçün onun bütün hissәlәri vacibdir. Conni bu hissәni “ölü
zona” adlandırır, orada isә belә görünür ki, yaddaşın bir çox
elementlәri yerlәşir. Bütün mәhv edilmiş xatirәlәr, ehtimal ki,
müәyyәn “altqrup”un bir hissәsidir – buraya küçәlәrin, dalanların,
yol işarәlәrinin adları daxildir. Bu altqrup, әrazidә predmetlәrin
yerlәşmә qaydasını müәyyәnlәşdirәn anlayışların bir hissәsini
әhatә edir. Gәldiyimiz qәnaәtә görә, afaziya Con Smitin hәm dil,
hәm dә görmә qabiliyyәtinә tәsir etmişdir. Bunu kompensasiya
etmәk üçün, görünür, onun beyninin digәr kiçik bir hissәsi
fәaliyyәtә başlamışdır. Bu hissәcik beyinin әmgәk nahiyәsindә
yerlәşir. Bu, “ön” vә ya “düşünәn” beyinin әn mürәkkәb hissәlә-

103
   98   99   100   101   102   103   104   105   106   107   108