Page 101 - Stiven Kinq
P. 101
Ölü zona

Gәrginlik aradan götürüldü.
– Conni, özünüzü necә hiss edirsiniz? – Veyzak soruşdu.
Axşamüstü idi vә Eylin Meqounun işıqlı mәtbәxi indi ona yalnız
uzaq, әhәmiyyәtsiz xәyal, kiçik xatirә kimi gәlirdi.
– Lap yaxşı, – o, cavab verdi.
– Nәsә demәk istәyirsiniz? – reportyorlardan biri qışqırdı.
– Hә, – Conni dedi, – demәli, belә. Mәnim fizioterapevtim
Eylin Meqoun adlı bir qadındır. O, mәnә öz gücümü toplamağa
kömәk etdi, çox yaxşı, gözәl insandır. Bilirsiniz, mәn qәzaya
düşmüşdüm... vә... – Telekameralardan biri lap yaxınlaşaraq ona
toxundu vә Conni bir anlığa özünü itirdi, – hәddәn artıq zәiflә-
mişdim. Belә getsә, әzәlәlәrim tamam sıradan çıxacaqdı. Bu gün
sәhәr biz fizioterapevtik kabinetdәydik, prosedurlar artıq sona
çatırdı, qәflәtәn hiss etdim ki, onun evi yanır. Daha doğrusu,
dәqiq desәm... – İlahi, sәn axmaq kimi danışırsan! – Mәn hiss
etdim ki, o, pilәtәni söndürmәyi unudub vә mәtbәxin pәrdәlәri
indicә od tutub yanacaq. Biz dәrhal gedib yanğınsöndürәn maşını
çağırdıq, bu qәdәr.
Bir anlığa, reportyorlar aldıqları mәlumatı dәrk edәnә qәdәr
әtraf sükuta qәrq oldu. Mәn nә isә hiss etdim, vәssalam, – sonra
isә suallar yenidәn dolu kimi yağmağa başladı vә artıq hay-
küydәn heç nә başa düşmәk olmurdu.
– Gәlin növbәylә danışaq! – Veyzak qışqırdı. – Əlinizi qal-
dırın! Mәktәbdә oxumamısınız-nәdir?
Əllәr qalxdı vә Conni, Devid Braytı göstәrdi.
– Conni, siz bunu ekstrasensor tәcrübә kimi qiymәtlәndi-
rirsiniz?
– Mәn bunu öncәdәngörmә adlandırardım, – Conni cavab
verdi, – mәn oturub-qalxma prosedurunu bitirәrkәn miss Meqoun
әlini mәnә verdi vә onda mәn hәr şeyi anladım.
Conni növbәti reportyora işarә etdi.
– Mel Allen, Portlendin “Sandi teleqram” qәzeti. Mister
Smit, bu, tәsvirә bәnzәyirdi? Xәyali tәsvirә?
– Yox, nә danışırsınız? – Conni dedi. Amma bunun necә baş
verdiyini heç onun özü dә xatırlamırdı.
– Sizinlә әvvәllәr dә belә şeylәr olub, Conni? – kostyum
geymiş cavan qadın soruşdu.
– Hә, bir neçә dәfә.

101
   96   97   98   99   100   101   102   103   104   105   106