Page 40 - Stiven Kinq
P. 40
ven Kinq

– Hey, hey, hey, – uduşları paylayan sahibin sәsi artıq bir
qәdәr sönük çıxırdı. O, yeniyetmәlәrә iki dollar, Stiv Bernxardta
dörd, Conniyә isә üç onluq, bir beşlik vә bir әdәd bir dollarlıq
vermәli oldu. Sahib özünü xoşbәxtlikdәn göyün yeddinci qatında
hiss etmәsә dә, hәr halda, gümrah görsәnirdi. Əgәr gözәl sarışın
qızla gәlmiş bu uzundraz oğlan yenә dә üçüncü sektoru seçsә,
sahib öz pulunu mütlәq qaytaracaq. Oğlan pulu stolun üstündәn
götürmәyibsә, hәlә heç nә itirilmәyib. Bәs o çıxıb getsә necә?
Neylәmәk olar, sahib bu gün çarxda min dollara yaxın pul
qazanıb, bu pulun bir hissәsini insanlarla bölüşmәyi özünә rәva
görә bilәr. Sol Drammorun çarxında kiminsә böyük mәblәğdә
pul udduğunu eşidincә, sabah oyunçular buraya sel kimi axışacaqlar.
Bu işdә uduzmağın özü dә reklamdır.

– Pul qoyun. Ürәyiniz istәyәn yerә, – o sәslәndi. Bir neçә
adam kütlәdәn ayrılıb stola yaxınlaşdı vә oynamaq üçün xırda
pullar qoydular. Amma sahibin gözü yalnız bir oyunçuda idi.

– Nә deyirsәn, dostum, böyük oyuna başlayaqmı?
Conni Saranın üzünә baxdı:
– Nәdir ey, sәnә nә olub? Sәn özündә deyilsәn.
– Mәdәm pozulub, – Sara gülümsәmәyә çalışaraq cavab ver-
di, – yәqin, sosiskadandır. Bәlkә, evә gedәk?
– Əlbәttә, gedәk, – o, stolun üstündәki әzik-üzük pulları
qamarladı vә bu an gözü yenidәn çarxa sataşdı. Gözlәrindәki
qayğı vә mehribanlıq ifadәsi yoxa çıxdı, sifәti tutuldu, soyuq vә
fikirli bir hal aldı. Sara düşündü ki, o, çarxa balaca uşaq qarışqa
yuvasına baxırmış kimi baxır.
– Bir dәqiqә dә gözlә, – Conni dedi.
– Yaxşı, – Sara cavab verdi. Baxmayaraq ki, başının içindә
bir uğultu, qarnında isә bәrk ağrı hiss edirdi; üstәlik, ürәyi dә
bulanırdı vә bu, onun heç xoşuna gәlmirdi. İlahi, kaş hәr şey
yaxşı qurtaraydı! Sәnә yalvarıram!
Düşündü ki, o, uduzmasa, sakitlәşmәyәcәk. Sonra isә qәribә
bir әminliklә: “amma o uduzmayacaq” – fikirlәşdi.
– Hә, dostum, oynayırsan? – Sahib soruşdu. – Pul qoyursan,
ya yox?
– Daha doğrusu, aradan çıxırsan, ya yox, – qara fәhlәlәrdәn
biri ona sataşaraq dedi. Əsәbi gülüş sәslәri eşidildi. Dünya
Saranın başına fırlanmağa başladı.

40
   35   36   37   38   39   40   41   42   43   44   45