Page 35 - Stiven Kinq
P. 35
Ölü zona

әmәlә gәtirdi. Conni karıxmış halda alnını ovuşdururdu. Çarx öz
sürәtini yavaşıdırdı vә indi ağacdan düzәldilmiş kiçik şarın,
metronom ahәngiylә nömrәlәri bir-birindәn ayıran sancaqların
yanından necә sürüşüb keçmәsi aydın sezilirdi. Şar әvvәlcә 8
nömrәsinә çatdı, sonra az qaldı 9 nömrәsinin üstündә dayansın,
nәhayәt, atlanıb 11-in üstünә düşdü vә bir daha çıqqıldayıb
dayandı.

– Xanım uduzur, centlmen udur, – sahib dedi.
– Conni, sәn uddun?
– Deyәsәn, hә, – Conni cavab verdi vә sahib onun iyirmi
beş sentliyinin üstünә özündәn daha iki iyirmi beşlik әlavә etdi.
Sahibin, stolun üstündәki on sentliklәrdәn birini vurub yerә
saldığını görәn Sara astadan qışqırdı.
– Dedim axı, bu, mәnimçün xoşbәxt axşamdır, – Conni
sevincәk dedi.
– Birinci dәfә bәxtin gәtirmәsi, ikincisi isә xoşbәxtlik
demәkdir, – qiraәtxana xidmәtçisi qeyd etdi, – haydı, hey, hey...
– Haydı, Conni, – Sara dedi.
– Yaxşı, hәmin nömrәni seçirәm.
– Fırladım?
– Hә.
Sahib çarxı yenidәn fırlatdı, çarx fırlanarkәn Sara astadan
pıçıldadı:
– Görәsәn, onlar bu işә hiylә qatmırlar ki?
– Qatırdılar. Amma indi onları nәzarәtdә saxlayırlar, odur
ki, yalnız bәxtlәrinә güvәnmәli olurlar.
Çarx öz hәrәkәtini yavaşıtdı vә sonda çıqqıldayıb dayandı.
Ox 10-un yanından ötdü, öz qaçışını lap yavaşıdaraq, Conninin
sahәsinә girdi.
– Haydı, haydı! – Sara qışqırdı. Çıxışa doğru gedәn iki ye-
niyetmә, oyuna tamaşa etmәk üçün dayandı.
Taxta şar yavaş-yavaş 16-nı, sonra 17-ni ötdü vә 18-in
üzәrindә dayandı.
– Centlmenin әli yenә gәtirdi, – sahib Conninin pullarına
daha altı iyirmibeşlik әlavә etdi.
– Sәn varlısan, – Sara sevinclә qışqıraraq onun yanağından
öpdü.
– Bәxtin gәtirir, oğlan, – sahib o dәqiqә razılaşdı.

35
   30   31   32   33   34   35   36   37   38   39   40