Page 30 - Stiven Kinq
P. 30
ven Kinq

– Hә, – o dedi, – sizi bir-birinizlә tanış etmәk istәyirәm.
– Nә üçün?
– Özün başa düşmürsәn? – Conni mülayim sәslә soruşdu.
Qәfildәn Saranı qәhәr boğdu, gicgahlarında uğultu әmәlә gәldi,
göz yaşlarını güclә saxladı. O, Conninin әlini bәrk-bәrk sıxdı.
– Conni, mәnim xoşuma gәlirsәn, bunu bilirsәn?
– Sәn mәnim daha çox xoşuma gәlirsәn, – o, ciddi sәslә de-
di.
– Mәni şeytan çarxına mindir, – Sara birdәn gülә-gülә dedi. –
Daha bu söhbәti uzatmağa dәymәz. Əvvәlcә hәr şeyi götür-qoy
etmәk, gәlәcәyә baxmaq lazımdır, mәn yuxarıya, bizim hәr şeyi
görә bilәcәyimiz yüksәkliyә qalxmaq istәyirәm.
– Sәni orada, yuxarıda öpmәk olar?
– İki dәfә, әgәr buna imkan tapsan.
Sara onu bilet kassasının yanına gәtirdi, burada o, kassir
qadına daha bir dollar verdi. Conni biletlәri alarkәn danışmağa
başladı:
– Mәktәb illәrindә bir oğlan tanıyırdım, yarmarkada işlәyirdi.
O danışırdı ki, bu çarxları yığan fәhlәlәr, adәtәn lülqәnbәr olurlar
vә bәzәn vintlәri bәrkitmәyi unudurlar...
– Cәhәnnәm ol, – Sara qayğısız-qayğısız dedi. – Heç kәs
әbәdi deyil.
– Amma hamı әbәdiyyәtә can atır, mәgәr bundan xәbәrin
yoxdur? – O, qızın ardınca qondola yerlәşәrәk dedi.
O, yuxarıda Saranı bir neçә dәfә öpdü. Oktyabr külәyi
onların saçlarını qarışdırırdı, yarmarkanın xiyabanları qaranlıqda
işıq saçan saat siferblatı kimi gözlәri önündә fırlanırdı.
Conni özünü yaxşı hiss etmәdiyini desә dә, onlar şeytan
çarxından sonra uşaq karuselinә mindilәr. Conninin ayaqları çox
uzun olduğundan, gips ata minәrkәn onları geniş açmalı oldu.
Sara qәsdәn ona mәktәb illәrindә tanıdığı, ürәk xәstәsi olan bir
qız haqqında danışmağa başladı. O qızın xәstәliyi barәdә heç kәs
heç nә bilmirdi, bir dәfә o, öz dostu ilә karuseldә yellәnmәyә
başlayır vә...
– Sәn haçansa peşman olacaqsan, – Conni sakitcә, әminliklә
dedi. – Münasibәtlәri yalan üzәrindә qurmaq olmaz, Sara.
Sara ona dilini göstәrdi.

30
   25   26   27   28   29   30   31   32   33   34   35