Page 25 - Stiven Kinq
P. 25
Ölü zona

Bu fikirlәrdәn bәdәni üşәndi. Conni onun xoşuna gәlirdi. O,
tamamilә normal, xoşagәlәn bir oğlan idi.

Yenidәn maskaya baxdı: iyrәnc Hayd, xәrçәng şişi kimi,
Cekilin sifәtindәn çıxırdı. Maska lüminessent boyayla boyanmışdı,
ona görә dә qaranlıqda işıq saçırdı.

Bәs normal adam nә demәkdir? Heç kim, heç nә normal
deyil. O, normal adam olsaydı, üzünә belә şeylәr taxıb sinfә girә
vә bundan uşaqların tәrbiyәsinin pozulmayacağını düşünә bilәrdimi?
Görәsәn, uşaqlar niyә onu Frankenşteyn adlandırır, bununla belә,
onu sevirlәr, hörmәt bәslәyirlәr? Mәgәr bu, normaldırmı?

Conni tualeti qonaq vә yataq otaqlarından ayıran muncuqdan
düzәldilmiş pәrdәni aralayıb otağa gәldi. “Əgәr o, bu gün mәnimlә
yatağa girmәk istәsә, etiraz etmәyәcәyәm”.

Bu fikirdәn bәdәni isindi, adam yalnız çoxdan çıxdığı evә
qayıdarkәn buna bәnzәr hisslәr keçirir.

– Nәyә gülürsәn?
– Elә-belә, – o, maskanı kәnara ataraq cavab verdi.
– Yaxşı, de görәk. Nәsә yaxşı bir şey baş verib? Yoxsa ko-
kain iylәdiyini xatırlayırsan, dostum?
– Conni, – o, Connini öpmәk üçün әllәrini onun sinәsinә
qoyub barmaqlarının ucuna qalxdı, – elә şeylәr var ki, onları
hündürdәn demәk olmaz. Getdik.
Conni öz cins gödәkcәsini düymәlәyәnә kimi onlar yenidәn
vestibüldә ayaq saxladılar. Onun gözlәri qeyri-ixtiyari alov dillәri
fonunda düyünlәnәn yumruq tәsvir olunmuş vә üstündә “Tәtil”
yazılmış plakata sataşdı.
– Bu il yeni tәlәbә tәtili olacaq, – Conni onun baxdığı sәmtә
göz gәzdirәrәk dedi.
– Müharibә әleyhinә?
– Bu dәfә tәkcә ona görә deyil. Vyetnam, ehtiyatda olanların
orduya çağırılması vә Kent Universitetindә baş verәnlәr tәlәbәlәri
hәrәkәtә gәtirib. Auditoriyalarda hәlә bu qәdәr az donuzburunlunun
oturduğunu görmәmişdim.
– Donuzburunlu?
– Əlaçıları nәzәrdә tuturam. Cәmiyyәt onların vecinә dә de-
yil, tәki cәmiyyәt onların on min dollar mәvacibini tәmin etsin.
Donuzburunluları öz maraqlarından savayı, heç nә maraqlandırmır.

25
   20   21   22   23   24   25   26   27   28   29   30