Page 21 - Stiven Kinq
P. 21
Ölü zona
adlandırdığı әrazidә yerlәşirdi) qoyulmuş vergi ödәmәlәrinin
dollar şәklindә onların cibinә axmasının әleyhinә deyildilәr.
Sara qapını döydü vә Conni içәridәn qәribә, boğuq sәslә
qışqırdı:
– Açıqdır, Sara!
Sara qaşqabağını tökәrәk qapını açdı. Conninin mәnzili,
küçәdәki işıqforun içәriyә düşәn sarı işığını nәzәrә almasaq,
zülmәtә qәrq olmuşdu. Mәnzilin mebeli qabarıq, qara kölgәlәr
kimi görünürdü.
– Conni?..
O, elektrik mantarlarının sıradan çıxdığını zәnn edәrәk,
içәriyә adladı vә burada qaranlığın bәtnindәn peyda olan dәhşәtli
bir sifәtlә üz-üzә gәldi. Bu cür sifәtlәri yalnız qorxulu yuxularda
görmәk olar. Sifәt qeyri-adi, yaşıl işıq saçırdı. Onun bir gözü
geniş açılmışdı vә küncә sıxışdırılmış heyvan gözünә oxşayırdı.
Digәr gözü isә qıyılmış göz qapaqları arasından qәzәblә Saranın
üzünә dikilmişdi. Sifәtin açıq gözlü sol tәrәfi normal üz idi. Sağ
tәrәfi isә yırtıcı üzünә oxşayırdı: dәhşәtli dәrәcәdә әyilmişdi,
qalın dodaqları dartılıb uzanmışdı, әyri dişlәri qıcanmışdı vә
qaranlıqda parıldayırdı.
Sara boğuq sәslә çığırdı vә kәnara atıldı. Qәfildәn mәnzilin
işığı yandı vә Sara gözünü açıb özünü qaranlıq zirzәmidә deyil,
yenә dә Conninin otağında gördü. Burada hәr şey әvvәlki kimi
idi: divara Niksonun köhnә avtomobillәrin satışı ilә mәşğul
olması haqqında fotomontaj vurulmuşdu, döşәmәyә Conninin
anasının toxuduğu xalça salınmışdı, bütün әtrafa isә şamdan әvә-
zinә çaxır şüşәlәri qoyulmuşdu. Qarşısındakı sifәt artıq işıq saç-
mırdı. O başa düşdü ki, bu, sadәcә, Bütün Müqәddәslәr günündә
ucuz mağazalarda satışa çıxarılan maskalardan biridir. Maskanın
göz yuvasından Conninin mavi gözlәri görünürdü.
Conni maskanı üzündәn götürdü vә adi görkәmindә – rәngi
soluxmuş cins şalvarda, qәhvәyi sviterdә, üzündә hәmin valehedici
gülüş – onun qarşısında dayandı.
– Bayramın mübarәk, Sara, – o dedi.
Saranın ürәyi tez-tez döyünürdü. Conni onu, doğrudan da,
bәrk qorxutmuşdu.
21