Page 17 - Stiven Kinq
P. 17
Ölü zona

O, gözlәrini açdı. İt onun ayaqları altında uzanmışdı, burnun-
dan qan damırdı, güclә nәfәs alırdı. Qreq Stilson itә baxdı, it
sanki öz mәğlubiyyәtini boynuna alaraq, acizanә onun ayaqqabısını
yaladı. – Şalvarımı cırmayaydın, – o, itә dedi, – bu şalvarı beş
dollara almışam, zibil.

Aradan çıxmağın vaxtıdır. Klem Kadidlmujlan öz “Stude-
bekker”indә arvadı vә altı uşağıyla şәhәrdәn qayıdıb, ölmәkdә
olan itini vә onun başı üstündә dayanmış kommivoyajörü bu
vәziyyәtdә görsә, yaxşı bir şey gözlәmәyә dәymәz. Belәcә o,
işini dә itirә bilәr. “Amerika Haqq Yolu Kompaniyası”na
xristianların itini öldürәn işçi lazım deyil.

Qreq әsәbi gülüşlә öz “Merkuri”sinin yanına döndü, maşına
oturdu vә daldalı sürüb sürәtlә xiyabanı tәrk elәdi. O, maşını
qarğıdalı sahәsinin arasıyla tel kimi uzanmış qara yola saldı vә
ardınca tozdan, az qala iki mil uzunluğunda quyruq әmәlә
gәtirәrәk, saatda altmış beş mil sürәtlә irәlilәmәyә başladı.

Aydın mәsәlәdir, işini itirmәk istәmirdi. Hәr halda, hәlәlik
istәmirdi. O, pis qazanmırdı – “Amerika Haqq Yolu Kompaniyası”na
mәlum olan hiylәlәrdәn savayı, onun özünün ixtira etdiyi bicliklәr
dә vardı. Hә, hazırda o, pis qazanmırdı. Bundan başqa, sәfәrlәrdә
olarkәn o, çoxlu adamlarla... qızlarla rastlaşırdı. Hәyat gözәl idi,
ancaq...

Ancaq bu, ona azlıq elәyirdi.
O, yoluna davam edirdi. Başı ağrıdan az qala çatlayacaqdı.
Bәli, bu, ona azlıq edirdi. O, hiss edirdi ki, Orta Qәrbdә ora-bura
vurnuxmaq, Bibliyayla alver elәmәk vә gündә iki әlavә dollar
qazanmaq üçün hesabları saxtalaşdırmaq onluq deyil, onu daha
yaxşı gәlәcәk gözlәyә bilәr. Qreq qarşıda özünü nә gözlәdiyini
dә bilirdi.
Hә, hәr şey onun tәxmin elәdiyi kimidir. Başqa cür ola
bilmәz. Bir-iki hәftә bundan әvvәl o, bir qızı özüylә samanlığa
aparmışdı. Qızın ata-anası maşınla Davenporta, toyuq-cücә
satmağa getmişdilәr. Qız әvvәlcә ondan soruşdu ki, – limonad
istәyirmi? Sonra söz-sözü çәkdi vә bu, baş verәndәn sonra qız
ona dedi ki, o, mәhәbbәtdә başaparan, zәhlәtökәn moizәçiyә
oxşayır. Bundan sonra o, nә üçünsә qıza şillә vurdu.

17
   12   13   14   15   16   17   18   19   20   21   22