Page 13 - Stiven Kinq
P. 13
Ölü zona
uzanmış Çakın yazıq, aciz görkәmi Connini mütәәssir etdi – o,
axşam yuxuda gördü ki, hәmin çarpayıda Çak deyil, Conninin
özü uzanıb. Sonrakı illәrdә bәzәn gәlәcәk hadisәlәri öncәdәn
hiss etmәyә başlamışdı – mәsәlәn, o, hәlә disk-jokey valı
qoymamışdan, radioda hansı mahnının sәslәnәcәyini qabaqcadan
deyә bilirdi. Ancaq bunu heç vaxt buzun üstünә yıxılmağı ilә
әlaqәlәndirmirdi. O, hәmin hadisәni artıq çoxdan unutmuşdu.
Öncәgörmәlәr, sәn deyәn, elә dә qeyri-adi deyildi vә Connini
çox da narahat elәmirdi. Kәnd yarmarkasında vә bir dә maskayla
bağlı başına gәlәn hadisәlәrә qәdәr qeyri-adi heç nә baş vermәmişdi.
Vә qәfildәn bu bәdbәxt hadisә.
Sonralar Conni bu barәdә çox fikirlәşmişdi.
O, ikinci bәdbәxt hadisәdәn öncә “Uğur çarxı”nda uddu.
Bu, uşaqlıqdan gәlәn hәyәcanlı bir xәbәrdarlıq idi.
1955-ci il idi; qızmar günәş altında Nebraska vә Ayova
ştatlarında bir kommivoyajör1 dolaşırdı. O, min doqquz yüz әlli
üçüncü ildә istehsal olunmuş “Merkuri”nin sükanı arxasında
oturmuşdu, spidometr maşının artıq yetmiş min mil yol getdiyini
göstәrirdi. “Merk”in klapanları әmәlli-başlı şaqqıldamağa
başlamışdı. Sürücü Orta Qәrbdәn olan gülәrüz, sadәdil gәnc idi:
1955-ci ildә – rәngsaz biznesinin iflasa uğramasından dörd ay
sonra, Qreq Stilsonun yalnız iyirmi iki yaşı tamam olmuşdu.
Maşının yük yerinә, baqajına vә arxa oturacağına kitab dolu
karton qutular qoyulmuşdu. Bunlar әsasәn müxtәlif ölçülәrdә vә
qalınlıqda olan Bibliya kitabları idi. Ən çox satılan “Amerika
Haqq Yolu Bibliyası” kitabı idi. Aviasiya yapışqanı ilә cildlәnmiş,
on altı rәngli illüstrasiyayla işlәnmiş vә on aydan tez sökülüb-
dağılmayacağına zәmanәt verilәn bu kitabların hәrәsi bir dollar
altmış doqquz sentә satılırdı. “Amerika Haqq Yolunun Yeni
Əhdi-Əqiqi” bundan da ucuz – altmış beş sentә satılırdı. Bu kitab
da cibdә gәzdirmәk üçün nәzәrdә tutulmuşdu, amma rәngli illüs-
trasiyalarla işlәnmәmişdi, bunun әvәzindә isә İsa peyğәmbәrin
qırmızı hәrflәrlә yazılmış sözlәri nәqş edilmişdi. Varlı-hallı
adamlar on doqquz dollar doxsan beş sentә satılan, ağ dәridәn
üzlük çәkilmiş nәfis “Amerika Haqq Yolunun İlah Kәlmәsi”
1kommivoyajör – xarici ölkәlәrdә ticarәt agenti, sәyyar ticarәtçi
13