Page 9 - Stiven Kinq
P. 9
ÖLÜ ZONA
(roman )
Proloq
Kolleci bitirәrkәn Con Smit, 1953-cü ilin o uğursuz yanvar
günündә buz üstә kәllәmayallaq aşdığını artıq tamam unutmuşdu.
Daha doğrusu, o, bunu hәlә mәktәbdә oxuduğu vaxtlardan
unutmuşdu. Anasıyla atası isә bu mәsәlәdәn heç xәbәr tutmamışdı.
Uşaqlar Daremdә, Dәyirmi nohurun qardan tәmizlәnmiş
meydançasında sürüşürdülәr. Yaşca böyük oğlanlar yapışqanlı
lentlә sarınmış köhnә hokkey ağacı ilә şayba qovurdular, köhnә
kartof sәbәti isә qapı rolunu oynayırdı. Balacalar, hәmişә olduğu
kimi, ayağa dolaşırdılar, onların dizlәri buzun üstündә titrәyirdi
vә bu, onları gülmәli göstәrirdi. Mәnfi iyirmi dәrәcәyә çatan
şaxtada ağızlardan havaya buğ qalxırdı. Qardan tәmizlәnmiş
buzun kәnarında bәrk tüstülәnәn avtomobil şinlәri yandırılmışdı.
Yaxınlıqda uşaqlarına göz-qulaq olan valideynlәr bir yerә yığışıb
oturmuşdular. Mühәrrikli xizәk hәlә icad olunmamışdı vә qışda
insanlar benzin mühәrriki ilә әllәşmәkdәnsә, tәmiz havada gәziş-
mәyә üstünlük verirdilәr.
Conni bir-birinә bәnd edilmiş konkilәri çiyninә aşıraraq
Paunalstritin o tәrәfindәki evlәrindәn çıxıb buz meydançasına
gedirdi. Altı yaşına rәğmәn o, heç dә pis sürüşmürdü. Əlbәttә,
bu, böyük uşaqlarla hokkey oynamaq üçün kifayәt elәmirdi,
amma, hәr halda, o, balacaların әtrafında şәstlә dövrә vurmağı
bacarırdı. Onlar isә öz müvazinәtlәrini saxlamaq üçün әllәrini
yellәmәkdәn başqa heç nә bacarmırdılar vә tez-tez şappıltı ilә
yıxılırdılar.
O, Timmi Benediks kimi daldalı sürüşmәyi arzulaya-arzulaya,
qar altındakı buzun qәribә çartıltısına vә xışıltısına, hokkeyçilәrin
hay-küyünә, körpünün üstüylә “Y.S.Cipsum” firmasının binasına
doğru gedәn sementdaşıyan maşının uğultusuna, böyüklәrin qırıq-
qırıq eşidilәn söhbәtlәrinә qulaq verә-verә rahatca sürüşürdü.
Hәmin soyuq, külәkli qış günündә o, özünü çox xoşbәxt hiss
edirdi. Hәr şey yaxşı idi, onu heç nә narahat elәmirdi, ürәyi heç
9