Page 6 - Stiven Kinq
P. 6
h etmәk lazım gәlir. Bu mәnada, insan xarakterinin vә
şәxsiyyәtinin formalaşması prosesi uşaqlıq tәәssüratları,
valideynlәrlә münasibәtlәr, yaşanmış psixoloji travmalar vә s. ilә
әlaqәdardır. Bu, yalnız sosioloji, tarixi vә filoloji mühitdә yox,
bәdii әdәbiyyatın özündә, o cümlәdәn Stiven Kinqin әsәrlәrindә
dә tez-tez müraciәt olunan yanaşmadır. Ona görә dә Stiven
Kinqin öz hәyatının ayrı-ayrı mәqamlarına diqqәt yetirmәklә
bәzi mәsәlәlәrә aydınlıq gәtirmәk olar. Atası öz ailәsini tәrk
edәndә, – o, sadәcә evdәn çıxıb-getmiş, bir daha geriyә
qayıtmamışdı, – Stivenin cәmi iki yaşı vardı; Stiven dörd yaşında
ikәn özü boyda bir uşağın faciәvi şәkildә öldüyünün şahidi
olmuşdu. Uşaqkәn bir neçә dәfә әmәliyyat olunmuşdu; xәstәliyi
sәbәbindәn iki il dalbadal birinci sinfә getmәli olmuşdu vә s.
Atası onları tәrk etdikdәn sonra Stivenin ailәsi böyük maddi
çәtinliklәrlә üzlәşir. Yazıçı hәmin vaxtları belә xatırlayır:
“Uşaqlıqdan başa düşmüşdüm ki, dünya әdalәtsizdir. Anam bizi
tәkbaşına böyüdürdü, atam başını götürüb getmişdi deyә sәhәrdәn-
axşamacan ağır işlәrdә çalışmalı olurdu. Çox kasıb idik, maaşdan-
maaşa birtәhәr dolanırdıq. Bәrabәr imkanlar cәmiyyәti-filan
barәdә heç nә bilmirdik. Anam heç vaxt hәyatından şikayәt
etmirdi, amma mәn kor deyildim – hәr şeyi öz gözlәrimlә
görürdüm. Hәmin o әdalәtsizlik hissi bәzi kitablarımda öz әksini
tapıb vә mәn hәlә dә bu barәdә yazmağa davam edirәm”.

Fantastika, mistika, dәhşәt vә müәmma elementlәri әdәbiyyatda
hәmişә olub, amma irrasional hadisәlәrin dәrki, yozumu vә şәrhi
ilә bağlı tamamilә özünәmәxsus yanaşmalara az-az rast gәlinir.
Kinqin özünәxas yazı üslubu bu yanaşmaların müstәsna xarakterini
şәrtlәndirir. Yazıçının “O” vә Stenli Kubrikin ekranlaşdırdığı
“Şәfәq” әsәrlәrindә “dәhşәt” effektini әmәlә gәtirәn aşağıdakı
motivdir: insan xaosun qara qüvvәlәri qarşısında tamamilә aciz
vә müdafiәsizdir. İstәnilәn an zülmәt bütün hәr şeyi öz ağuşuna
ala bilәr. Bu zaman, bilinmir, qara qüvvәlәr haradan, necә peyda
olur vә insanların taleyinә çöküb hәr şeyin axarını dәyişdirir.
S.Kinqin әsәrlәrindә dominant kimi çıxış edәn “dәhşәt” kateqoriyası
onun bәdii üslubunu vә metodunu formalaşdıran әn maraqlı
elementlәrdәn biridir. Burada öyrәşdiyimiz әlverişli, rahat dünya

6
   1   2   3   4   5   6   7   8   9   10   11