Page 5 - Stiven Kinq
P. 5
Stiven Kinqin zәngin dünyası
Stiven Kinq hazırda әsәrlәri әn çox oxunan, ekranlaşdırılan,
sәhnәlәşdirilәn müasir Amerika yazıçılarındandır. Triller, fantastika,
fentezi, mistika vә dram janrlarında qәlәmә aldığı altmışdan çox
romanı, iki yüzdәn çox hekayәsi ilә böyük populyarlıq qazanmış
Stiven Kinqin müxtәlif dünya dillәrindә nәşr olunan kitablarının
ümumi tirajı üç yüz әlli milyondan çoxdur.
Yazıçının “Qarşıdurma”, “Ev heyvanları qәbiristanlığı”,
“Yuxusuzluq”, “Ölü zona” vә s. kimi әsәrlәri, әdәbiyyat vә
mәdәniyyәt hadisәsi kimi, milyonlarla oxucunun rәğbәtini qazanıb.
Şübhәsiz, ciddi vә ya yüksәk oxucu zövqünә hesablanmış
әdәbiyyat nümunәlәrinin kütlәvi uğur qazanması hәmişә çәtin
olub. Müasir dünyada “geniş oxucu kütlәsi” qavramı, ilk növbәdә
әylәncә vә ya macәra xarakterli, kommersiya layihәlәri kimi
meydana çıxan әdәbi әsәrlәrlә assosiasiya olunur. Belә әsәrlәr,
bir qayda olaraq, artıq çoxdan mәlum olan qaydalar әsasında
yazılır, yazıçı burada heç kәsdәn gizlәtmәk istәmәdiyi bir strategiya
izlәyir – mәqsәd oxucunu şoka salmaq, emosional hipnoz vәziyyәti
yaratmaq vә nәticә etibarilә, kitabın daha çox satılmasını tәmin
etmәkdir. Sözsüz ki, burada fәrdi yazıçı üslubu, özünәmәxsus
yazı manerası yalnız vasitәçi rol oynayır vә müәyyәn mәnada,
arxa planda qalır. Çünki kütlәvi әdәbiyyat vә kütlәvi mәdәniyyәt
әsasәn hazır mәdәni standartları asanca qәbul edәn insan çoxluğunun
reflekslәrinә hesablanır.
Lakin Stiven Kinq yaradıcılığının populyarlığını sadәcә
kütlәvi әdәbiyyat vә ya bestsellerlәr industriyası ilә әlaqәlәndirmәk
doğru olmazdı. Yazıçının әsәrlәri haqqında müxtәlif ölkәlәrdә
saysız-hesabsız araşdırmalar, tәhlillәr aparılıb vә bu proses davam
edir. İstәnilәn halda, kommersiya әdәbiyyatının әn qatı әleyhdarları
belә, Stiven Kinqin özünәmәxsus bәdii dilinin, üslubi özәlliklәrinin,
tamamilә fәrqli yazı manerasının olduğunu qeyd edir vә onu
“janr әdәbiyyatı”nın tanınmış nümayәndәlәri ilә eyni cәrgәyә
qoymur. Belә olan halda, Stiven Kinqin populyarlığını onun
istedadının xarakteri vә dünyagörüşünün özünәmәxsusluğu ilә
5