Page 7 - Stiven Kinq
P. 7
dәn-birә anlaşılmaz, müәmmalı proseslәrin mәcrasına düşür,
sәbәb-nәticә ardıcıllığı itir, sınaqdan çıxarılmış müdafiә vasitәlәri
yararsızlaşır, artıq bu xaosu ram etmәk mümkün olmur. Nәticәdә
sivilizasiyanın nailiyyәtlәri ilә öyünәn, özünü әn müxtәlif
tәhlükәlәrdәn sığortalanmış sayan, lakin qәflәtәn fәlakәtin bir
addımlığında olduğunu görüb aciz görkәm alan insanların son
dәrәcә maraqlı obrazları yaranır.

Kinq yaradıcılığının xüsusiyyәtlәrindәn biri dә Bibliya
motivlәrindәn gen-bol istifadә olunmasıdır. Misal kimi, onun an-
tiutopiya janrında yazılmış “Uzun gәzinti” romanını göstәrmәk
olar. Bibliya motivlәrinә müraciәt edәn yazıçılar çoxdur, lakin
özünәmәxsus allüziyalar vә metaforalardan geniş istifadә edәn
Kinqin әsәrlәri tamamilә fәrqli cәhәtlәri ilә yadda qalır. Mәsәlәn,
onun “Yaşıl mil” romanında hadisәlәr hәbsxanada cәrәyan edir.
Hәbsxana hәyatının incәliklәri ilә yaxşı tanış olan oxucu ilk
allüziya ilә qarşılaşır: burada, gözlәnildiyi kimi, dustaq yox,
hәbsxana rәisi Tanrıya tapınır. Yazıçı burada sanki İsa Mәsihin
ikinci zühurunu tәsvir edir. Xilaskar rolunda mәhbus zәnci Con
Koffi çıxış edir. O, xәstәlәrә şәfa vermәk qabiliyyәtinә malikdir.
Hәbsxana rәisi isә Roma prokuratoru Ponti Pilat rolunu oynayır.
Rәis günahsız dustağı son mәnzilә yola salmalı olur…

Öz әsәrlәrinә real cizgilәr vermәk üçün Stiven Kinq “sәnәdli”
әsaslara istinad edir. O, tez-tez qәzetlәrdәn sitat gәtirir, mәhkәmә
iclaslarının protokolları, ensiklopediyalar, mәktublar, gündәliklәr,
memuarlar, reklam prospektlәri, bәdii әsәrlәrin әlyazmaları vә s.
kimi mәnbәlәrdәn istifadә edir. Bu cür mistifikasiyalar baş
verәnlәri müxtәlif baxış bucaqlarından göstәrmәk mәqsәdi daşıyır.
Yazıçı belә tәәssürat yaradır ki, insanlar şәr qüvvәnin mövcud
olması ilә bağlı, bir-birindәn asılı olmayaraq, eyni qәnaәtә gәlirlәr.
Müxtәlif mәnbәlәrdәn әldә onunan mәlumatlar, kiçik şeylәrdә
bir-birindәn fәrqlәnsә dә, әsas mәsәlәni tәsdiqlәyir vә belәcә,
mozaikalardan bütöv bir tәsvir yaranır.

Yazıçının maraqlı personajlar sistemi dә diqqәt çәkir: onun
qәhrәmanları, bir qayda olaraq, adi insanlardır. Oxucu üçün
onların hәrәkәtlәri daha asan başadüşülәndir – qәhrәmanların
tәbiәti vә davranış stereotiplәri ilә bağlı әlavә mühakimәlәr yürüt-

7
   2   3   4   5   6   7   8   9   10   11   12