Page 12 - Stiven Kinq
P. 12
ven Kinq
– Əlbәttә. Əlbәttә, qalıb. Hәr şey qaydasındadır.
– Ata vә ananın adlarını deyә bilәrsәn?
– Herbert vә Vera. Herbert vә Vera Smitlәr.
Billә Çak baxışaraq çiyinlәrini çәkdilәr.
– Deyәsәn, onun işlәri qaydasındadır, – Çak dedi vә artıq
üçüncü dәfә tәkrarladı: – Amma yaman bәrk toqquşdular ha...
düzdür? Br-rr...
– Bu balacaların işi belәdir dә... – Bill әl-әlә verib sürüşәn
әkiz qızlarına mehribanlıqla nәzәr saldı vә yenidәn üzünü Conniyә
tutdu: – Bu zәrbә böyük adamı da öldürә bilәrdi.
– Hә, әgәr zәnci olmasaydı, – Çak dedi vә onlar gülüşdülәr.
“Buşmilla” şüşәsi yenidәn әldәn-әlә keçmәyә başladı.
On dәqiqә sonra Conni artıq sürüşürdü. Başının ağrısı
keçmişdi, qaşının üstündәki göyәrmiş şiş әcaib bir damğa kimi
görünürdü. Conni evә nahar vaxtı qayıtdı, o yıxılaraq huşunu
itirdiyini artıq yadından çıxarmışdı, daldalı sürüşmәyi öyrәndiyi
üçün sevincinin hәddi-hüdudu yox idi.
– Aman tanrım, – Vera onu görәn kimi qışqırdı, – sәnә nә
olub?
– Yıxılmışam, – o, cavab verdi vә konservlәşdirilmiş şorbanı
ötürmәyә girişdi.
– Özünü yaxşı hiss edirsәn, Con? – Anası әlini onun alnına
qoyub soruşdu.
– Əlbәttә, ana. – Gördüyü qorxulu yuxuları vә әvvәllәr,
günün yatmaq istәmәdiyi bu saatlarında onu yuxu tutmasını
hesaba almasaq, bu, doğrudan da, belәydi. O, özünü yaxşı hiss
edirdi.
Bir dәfә fevralın ortalarında, sәhәr vaxtı Çak Spayer özünün
qırx sәkkizinci ildә istehsal olunmuş “De soto”sunun akkumulya-
torunun boşaldığını gördü. O, akkumulyatoru doldurmaq üçün
onu yük maşınınkına birlәşdirmәyi qәrara aldı. Çak mәftili akku-
mulyatorun ikinci sıxacına birlәşdirәndә o partladı. Qәlpәlәr vә
turşu Çakın üzünә çilәndi. Belәcә, Çak bir gözündәn oldu. Vera
deyirdi ki, şükür, o, iki gözünü dә itirmәyib. Bu hadisә Conniyә
pis tәsir elәmişdi. Bir hәftә sonra o, atasıyla birgә Lyuston
xәstәxanasına, Çaka baş çәkmәyә getdi. Xәstәxana çarpayısında
12