Page 16 - Stiven Kinq
P. 16
ven Kinq

Qreqin sifәti tutulmuşdu. Gözlәri qorxunc bir şәkildә
qıyılmışdı. O, irәli atılaraq, itiuclu ayaqqabısıyla itin böyrünә
möhkәm bir tәpik ilişdirdi. İt zingildәdi, sonra daha ucadan uladı
vә qaçıb tövlәdә gizlәnmәk әvәzinә, ağrıdan vә qorxudan zülmkarla
savaşa girәrәk, öz ölümünә fәrman vermiş oldu.

O, bәrkdәn mırıldanaraq irәli atıldı, dişlәrini Qreqin şalvarına
keçirtdi vә onun sağ balağını cırdı.

– İtdәn törәyәn! – Qreq hirsindәn boğularaq yenidәn iti
tәpiklәdi, bu dәfә tәpiyi elә bәrk vurdu ki, it tozun içinә yumba-
landı. Qreq qәzәblә hayqıraraq, itin üstünü aldı vә onu yenidәn
tәpiklәmәyә başladı. Yalnız bir qabırğası sınandan, digәri isә
çıxandan sonra it hansı tәhlükәylә üzlәşdiyini başa düşdü, ancaq
artıq gec idi.

Qreq Stilson hirsindәn boğularaq, qan-tәr içindә çığıra-
çığıra bütün hәyәt boyu itin arxasınca düşüb, onu o qәdәr döydü
ki, it axırda yerә yıxılıb zingildәyә-zingildәyә sürünmәyә başladı.
Onu qan aparırdı, o ölürdü.

– Gәrәk dişlәmәyәydin, – Qreq fısıldadı, – eşidirsәn?
Eşidirsәn mәni? Dişlәmәmәliydin, sürünәn zibil! Heç kәs mәnim
yolumda dura bilmәz. Eşidirsәn? Heç kәs.

O, ayaqqabısının qanlı burnu ilә daha bir zәrbә endirdi,
itdәn yalnız xırıltılı sәs çıxdı. Qreq öz qәlәbәsinә sevinmәdi.
Onun başı ağrıyırdı. Yәqin, günәşdәndi. Qızmar günәşin altında
iti qovaladığına görәydi. Hәlә yaxşı ki, huşunu itirmәyib.

Qreq ağır-ağır nәfәs alırdı, o, bir anlığa gözlәrini yumdu,
sifәtindәn göz yaşı kimi tәr damırdı, tәr damcıları saçlarının
ucunda mirvari dәnәlәri kimi bәrq vururdu. Yaxşıca әzişdirilmiş
it onun ayağı altında can verirdi. Qreqin yumulu göz qapaqlarının
altında, ürәk döyüntülәrinin ahәnginә uyğun olaraq, işıqlı nöqtәlәr
uçuşurdu.

Başı bәrk ağrıyırdı.
“Görәsәn, dәli olmayıb ki?” – Hәrdәn Qreq öz-özündәn
soruşurdu. Elә indi olduğu kimi. Axı o, yalnız itin üzünә ammonyak
çilәmәk, onu tövlәyә salmaq vә öz vizit vәrәqәsini qapının
yarığına qoymaq istәyirdi, vәssalam. Bәs o neylәdi? Bu döyülmüş
it adamın ürәyini bulandırır. Belә vәziyyәtdә öz vizit vәrәqәsini
burada qoymaq ağılsızlıqdır, elә deyilmi?

16
   11   12   13   14   15   16   17   18   19   20   21