Page 19 - Stiven Kinq
P. 19
Ölü zona
itirmәmәk, onun o qıza vurduğu şillәyә bәnzәyәn zәrbәlәr
almamaq, iti öldürmәk kimi hadisәlәrә bulaşmamaq vә tәrtәmiz
qalmaqdır.
Qreq onu qabaqda gözlәyәn böyük gәlәcәkdәn mütlәq xәbәr
tutacaqdı. Buna әmindi. Qreq öldürdüyü it haqqında düşündü,
ancaq bu dәfә onu xatırlayarkәn soyuq vә laqeyd bir tәrzdә
gülümsәdi. Qreqi böyük gәlәcәk gözlәyirdi. Düzdür, bu gәlәcәyi
hәlә çox gözlәmәli olacaqdı – Qreq gәnc idi. Ancaq eybi yoxdur,
әgәr yaşın azdırsa vә hәr şeyin birdәn-birә alınmadığını bilirsәnsә,
gözlәmәyә dәyәr. İnanırsansa, sonunda istәyinә çatarsan. O isә
inanırdı. Qoy Tanrı vә onun oğlu İsa Qreqin yolunda әngәl
olmaq istәyәnlәrә kömәk olsun.
Stilson günәşdә qaralmış qolunu pәncәrәdәn bayıra çıxartdı
vә fitlә radioda sәslәnәn mahnını ifa elәmәyә başladı. O, qazı
basıb köhnә “Merkuri”nin sürәtini saatda yetmiş milә qәdәr
qaldırdı vә Ayova ştatı fermalarının arasıyla uzanan düz yolla
gәlәcәyә doğru şütümәyә başladı.
Birinci hissә
UĞUR ÇARXI
Saranın yadında o axşamdan iki şey qalmışdı – uğur çarxında
Conninin әlinin gәtirmәsi vә maska. Ancaq illәr ötüb-keçdikcә,
Sara özünü hәmin dәhşәtli axşamı xatırlamağa mәcbur edәrkәn,
gözlәri önünә yalnız o maska gәlirdi.
O, Klivs-Millsdәki çoxmәnzilli evdә yaşayırdı. Saat sәkkizә
iyirmi dәqiqә qalmış Sara maşını evin küncündә saxlayıb, giriş
qapısının zәngini basdı. Bu gün onlar Saranın maşınında gedәcәklәr.
Conni öz maşınını Hempdendәki Tibbets qarajına aparmışdı –
deyәsәn, maşının valının dayağı xarab olmuşdu. Conni telefonda
“yüz dollarlıq işdir” dedi vә doğma, tanış sәslә güldü. Maşına
görә yüz dollar ziyana düşsәydi, Sara ağlayardı.
Sara vestibüllә elanlar lövhәsinin yanından keçib, pillәkәnә
doğru getdi. Lövhә, adәtәn motosiklet, stereosistem, alqı-satqı,
19