Page 23 - Stiven Kinq
P. 23
Ölü zona

rәqәmlәr qanununa görә, dәcәl uşaqları bir-birindәn aralı tutmalı
idi. Şuluq salan şagirdlәri isә tәrәddüd etmәdәn direktor müavininin
yanına göndәrirdi – o, ekzekutor roluna görә Saradan fәrqli
olaraq, ildә beş yüz dollar әlavә maaş alırdı, qoy bunun әvәzini
ödәsin. Bununla belә, mәktәb onun üçün yeni gәlәn müәllimlәrin
gününü qara elәyәn şeytanla – intizamsızlıqla daimi mübarizә
meydanı idi. Şagirdlәrin, bir növ andlılar mәhkәmәsini xatırladan
ictimai rәyi dә Saranı әmәlli-başlı özündәn çıxarırdı; bu mәhkәmә
yeni müәllimlәrә qiymәt vermәklә mәşğul idi vә Saranın әleyhinә
qәrar çıxarmışdı.

Zahiri görkәmindәn Conni yaxşı müәllim haqqındakı
tәsәvvürlәrә qәtiyyәn uyğun gәlmirdi. Şirin xәyallara dalaraq si-
niflәri dolaşır, tәnәffüs zamanı başı kiminlәsә söhbәtә qarışdığından
tez-tez dәrsә gecikirdi. O, uşaqlara kimin kefi harada istәyir
oturmağa icazә verirdi, onlar da hәr gün öz yerlәrini dәyişirdilәr
vә sinfin davakarları mütlәq arxa partalarda әylәşirdilәr. Belә şә-
raitdә Sara heç mart ayına qәdәr dә onların adlarını yadında sax-
laya bilmәzdi, Conni isә öz şagirdlәrini beş barmağı kimi tanıyırdı.

O, hündürboylu idi, beli azacıq әyri olduğundan uşaqlar ona
Frankenşteyn ayaması vermişdilәr. Amma Conni bundan mәyus
olmurdu, әksinә, xoşlanırdı. Onun dәrslәrindә sakitlik vә qayda-
qanun hökm sürürdü, dәrs buraxan uşaqlar az idi (Saranın
dәrslәrindәn tez-tez qaçırdılar), hәmin andlılar mәhkәmәsi isә
ona iltifatlı münasibәt bәslәyirdi. O, hәmin müәllimlәrdәn idi ki,
әlli ildәn sonra da onların xatirәsinә hәsr olunmuş illik tәdbirlәr
keçirirlәr. Saranın işi isә getmirdi. O, tez-tez, sәbәbini özü dә
başa düşmәdәn özündәn çıxırdı.

– Bәlkә, yolüstü pivә içmәk istәyirsәn? Yaxud bir stәkan
çaxır...

– Yox. Ümid edirәm ki, pulsuz deyilsәn, – o, daha hirslәn-
mәmәyi qәrara alaraq, Conninin qoluna girdi, – axı mәn azından
üç sosiska yeyirәm. Xüsusәn dә ilin son yarmarkasında.

Onlar Klivs-Millsdәn iyirmi mil aralıda yerlәşәn Estiyә
getmәyә hazırlaşırdılar. Bu şәhәrin şübhәli şöhrәtә yeganә iddiası
YENİ İNGİLTƏRƏDƏ SONUNCU KƏND TƏSƏRRÜFATI
YARMARKASININ keçirilmәsi ilә bağlı idi. Yarmarka cümә
gününün axşamı, Bütün Müqәddәslәr günü әrәfәsindә bağlanırdı.

23
   18   19   20   21   22   23   24   25   26   27   28