Page 24 - Stiven Kinq
P. 24
ven Kinq

– Maaşlarımızın cümә günü verilәcәyini nәzәrә alsaq,
pulumuz kifayәt qәdәrdir. Mәnim sәkkiz dollarım var.

– İşә bir bax! – Sara gözlәrini geniş açdı – Mәn elә dә
bilirdim ki, haçansa mәlәyә çevrilәcәyәm vә günlәrin bir günü
göylәr mәnә varlı-hallı birisini әta elәyәcәk.

– Biz sutenyorlar böyük pullar qazanırıq, әzizim. Bir dәqiqә,
paltomu götürüm, gedәk.

Sara ona hәdsiz mehriban nәzәrlәrlә baxırdı, o, duş qәbul
edәrkәn, oxuyarkәn, dәrslәrә hazırlaşarkәn vә ya tәk-tәnha özünә
şam yemәyi hazırlayarkәn daxilindәn gәlәn bir sәs, yarım dәqiqәlik
televizor reklamı kimi tez-tez ona deyirdi ki, o, çox yaxşı adamdır,
onunla yola getmәk asandır, xoşxasiyyәtlidir, mәni heç vaxt
ağlamağa mәcbur etmәz. Amma bunu mәhәbbәt adlandırmaq
olardımı? Daha doğrusu, bütün bunlar mәhәbbәt üçün kifayәt
idimi? Sәn ikitәkәrli velosiped sürmәyi öyrәnәn zaman neçә
dәfә yıxılıb dizlәrini әzmisәn? Dünyada müftә heç nә yoxdur.
Xüsusәn dә belә işlәrdә.

– Tualetә getmәliyәm, – Conni dedi.
– Get. – O, yüngülcә gülümsәdi. Conni öz tәbii ehtiyacını
ödәmәsi barәdә әtrafdakıların da mәlumatlandırılmasını vacib
sayan adamlardan idi.
O, pәncәrәyә yaxınlaşıb әsas küçәyә baxdı. Maykın pis-
sikatosunun yanındakı maşın dayanacağı üçün nәzәrdә tutulmuş
meydançada balaca uşaqlar oynaşırdılar. Birdәn-birә ürәyindәn
kiçik qızcığaza çevrilmәk, öz qayğılarını arxada qoymaq vә ya
gәlәcәk üçün saxlamaq, bu uşaqlarla qaçdı-tutdu oynamaq keçdi.
O, pәncәrәdәn çәkildi, Conni maskanı üstünә qoyduğu
yatağa yaxınlaşdı.
– Bayramın mübarәk! – O dedi.
– Nә? – Conni cavabında sәslәndi.
– Elә indicә oradan çıxmasan, sәnsiz gedәcәyәm.
– Çıxıram.
– Çox gözәl!
Sara barmaqlarını Cekil vә Hayd sifәtli maskaya toxundurdu.
Maskanın sol üzü xeyirxah hәkim Cekilin, yırtıcıya bәnzәyәn
sağ üzü isә Haydınkı idi. Şükranlıq günündә o neylәyәcәk? Bәs
yeni ildә?

24
   19   20   21   22   23   24   25   26   27   28   29