Page 29 - Stiven Kinq
P. 29
Ölü zona

– Bu qız mәnә ilişir, madam. Polis görsәniz, xәbәr verin.
– Siz gәnclәr özünüzü çox ağıllı sayırsınız, – gonbul qadın
hәqarәtlә dedi. O, qoltuğundakı çantasını bәrk-bәrk özünә sıxaraq,
binqo oyunu oynanılan tentә sarı yönәldi.
Saranı gülmәk tutdu:
– Sәn dözülmәzsәn.
– Mәnim axırım yoxdur, – Con razılaşdı, – anam hәmişә be-
lә deyәrdi.
Onlar karuseldәn sonra gözlәri önündә vә ayaqları altında
dünyanın öz әvvәlki halına qayıtmasını gözlәyәrәk, yanaşı
addımlayırdılar.
– Anan dindar qadındır? – Sara soruşdu.
– O, tәpәdәn-dırnağa baptistdir, – Conni cavab verdi, – am-
ma pis arvad deyil. Burnunu dik tutmur. Mәn evdә olanda o,
özünü saxlaya bilmir, elә hey mәnә dini broşürlәr dürtüşdürmәyә
çalışır, day neylәmәk olar? Atamla mәn bununla barışmışıq. Mәn
bәzәn onunla söhbәtlәşmәyә çalışıram – bir dәfә soruşdum ki,
ata-anası yer üzündә ilk insanlar olduğu halda, Nod torpaqlarında
Kain kiminlә nikahsız yaşaya bilәrdi vә sairә. Ancaq sonra
fikirlәşdim ki, bunlar yersiz söhbәtlәrdir vә bu söhbәtlәrin daşını
atdım. İki il öncә mәnә elә gәlirdi ki, Yucin Makkarti dünyanı
xilas elәyәcәk... Baptistlәrә gәlincә, onlar, heç olmasa, İsanı
prezidentliyә namizәd kimi irәli sürmürlәr.
– Bәs atan dindar deyil?
Conni güldü.
– Bilmirәm. Hәr halda, baptist deyil – bir anlığa fikrә daldı
vә әlavә elәdi: – o, xarratdır. Guya bu, hәr şeyi izah edirdi.
Sara gülümsündü.
– Sәnin günaha batmış katolik qızı ilә görüşdüyünü bilsәydi,
anan nә fikirlәşәrdi?
– Sәn bizә qonaq gәl, – Conni zәrbәdәn yayındı, – qoy o,
sәnә bir-iki broşür vermәk imkanı әldә elәsin.
Sara onun әlini buraxmadan dayandı:
– Sәn mәni evә dәvәt etmәk istәyirsәn? – Onun gözlәrinin
içinә baxaraq soruşdu.
Conninin sadәdil sifәti ciddilәşdi.

29
   24   25   26   27   28   29   30   31   32   33   34